Bu dövlət devalvasiyaya qərar verdi
Sudan Mərkəzi Bankı bazar günü devalvasiyaya gedərək rəsmi məzənnəni "qara bazar"dakı məzənnəyə bərabərləşdirib.
Marja xəbər verir ki, milli valyuta Sudan poundunun dəyəri dövlətin borcunun təxirə salınmasına müraciət etmək üçün aşağı salınıb.
Edilən dəyişiklik Beynəlxalq Valyuta Fondu (IMF) tərəfindən tələb edilmişdi, lakin ölkədəki mal qıtlığı və sürətlə artan inflyasiya ilə əlaqədar olaraq plan bir neçə ay gecikmişdir.
Mərkəzi Bank dolların qiymətini 55 pounddan 375 pounda qaldırıb. "Qara bazar"da bir ABŞ dolları 350-400 Sudan poundu ətrafında satılırdı.
Banklara göndərilən məlumatda, Mərkəzi Bankın gündəlik olaraq bir nisbət (məzənnə) təyin edəcəyi və idarə olunan dalğalı məzənnə rejimi tətbiq ediləcəyi bildirilib. Banklar təyin olunan nisbətdən 5%-ədək yuxarı ya da aşağı qiymətlərdən valyuta alıb-sata biləcəklər.
Bəzi iqtisadçılar yeni məzənnə rejimindəki dəyişikliyin inflyasiyaya əks olunmayacağını, çünki bütün əməliyyatların hal-hazırda "qara bazar"da aparıldığın bildirirlər.
IMF proqramı çərçivəsində məzənnə rejimində dəyişikliyin keçən il reallaşması və Sudanın 60 milyard dollarlıq xarici borcunun təxirə salınması nəzərdə tutulurdu, lakin siyasi qeyri-müəyyənliklər ilə əlaqədar olaraq təxirə salınırdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
21 san. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 d. əvvəl
-
-
7 d. əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
12 d. əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
4 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
AccessBank-da kart əməliyyatları bərpa olundu
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb




























