Azərbaycan 10 ton qızıl satıb
Azərbaycan 2016-cı ilin sentyabr-dekabr aylarında 10,2 ton və ya 322 784 unsiya qızıl satışı həyata keçirib.
"World Gold Council"un (Ümumdünya Qızıl Şurası) açıqladığı may hesabatına görə, Azərbaycan 2016-cı il sentyabr ayında 1 ton (31 645 unsiya), oktyabrda 4,2 ton (132 911 unsiya), noyabrda 3 ton (94 937 unsiya) və dekabrda 2 ton (63 291 unsiya) qızıl satıb.
Satışlardan sonra Azərbaycan qızıl ehtiyatlarına görə dünya ölkələrinin siyahısında 62-ci yerdə qərarlaşıb. Qeyd edək ki, satışlardan sonra Azərbaycanın qızıl ehtiyatları məcmu ehtiyatların 12,1%-ni təşkil edib.
Hesabata görə, qızıl ehtiyatlarının həcminə görə ilk sırada ABŞ (8 133,5 ton) qərarlaşıb və bu onun məcmu ehtiyatlarının 75,1%-ni təşkil edib. İkinci sıranı Almaniya (3 377,9 ton, 69,4%), üçüncü sıranı isə Beynəlxalq Valyuta Fondu (IMF, 2 814 ton) tutub. Rusiya qızıl ehtiyatlarına görə 7-ci sıradadır (1 680,1 ton, 16,9%). Türkiyənin qızıl ehtiyatları isə 427,8 ton təşkil edir (16,2%) və bu sıralamada 13-cü yerdədir.
Xatırladaq ki, ARDNF martın 10-da Ümumdünya Qızıl Şurasının Azərbaycanın qızıl ehtiyatlarını satması ilə bağlı yaydığı məlumatın doğru olmadığını açıqlayıb. Qurumdan “Report”a ARDNF tərəfindən alınmış qızılın ümumi miqdarının 30,2 ton təşkil etdiyi bildirilib: “Alınmış qızıl Azərbaycana gətirilərək, saxlanması üçün Mərkəzi Bankda yerləşdirilib. Ötən ildən etibarən qızılın ehtiyatda saxlanılması üçün AMB-nin xəzinəsindən hissə-hissə ARDNF-in xəzinəsinə köçürülməsinə başlanılıb. Fondun qızıl ehtiyatlarını satması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil. Hazırda Fond tərəfindən qızıl ehtiyatlarının satılması nəzərdə tutulmur".
© Report
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 4 saat əvvəl
- 7 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
9 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
9 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
10 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
10 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

























