Azərbaycan və Qazaxıstan razılaşdı
Azərbaycan və Qazaxıstanın irimiqyaslı idxal ehtiyaclarının qarşı tərəfin istehsal imkanları hesabına ödənilməsi imkanlarının öyrənilməsi ilə bağlı birgə işlərin görülməsinə dair razılıq əldə edilib.
Azərbaycanın Qazaxıstandakı səfirliyindən verilən məlumata görə, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması ilə bağlı ölkə başçılarının son görüşü zamanı verilən tapşırıqların yerinə yetirilməsi məqsədilə səfir Rəşad Məmmədov bu ölkənin milli iqtisadiyyat naziri Timur Suleymenovla görüşüb. Görüşdə prezident Nursultan Nazarbayevin Azərbacyana səfəri zamanı iqtisadi-ticari əlaqələrin inkişafının əsas müzakirə mövzularından olduğunu və ticarət dövriyyəsinin lazımi səviyyəyə çatdırılması məqsədilə konkret tapşırıqların verildiyi barədə danışılıb. T.Süleymenov xalqlar arasında milli-mənəvi bağlar haqqında danışaraq Qazaxıstanın bütün sahələrdə Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu qeyd edib və möhkəm əsasa söykənən bu əlaqələrin qorunub saxlanılması üçün iqtisadi əməkdaşlığın mühüm rol oynadığını vurğulayıb. Görüşdə Milli İqtisadiyyat Nazirliyi ilə əməkdaşlıq şəklində qeyd edilən tapşırıqların icrası ilə bağlı müvafiq işlərin görülməsinə dair razılıq əldə edilib. Bu xüsusda ikitərəfli ticarətin lazımi səviyyəyə çatdırılması ilə bağlı ölkə başçılarının göstərişinə əsasən hər iki ölkənin irimiqyaslı idxal ehtiyaclarının qarşı tərəfin istehsal potensialı hesabına ödənilməsi imkanlarının öyrənilməsinə dair birgə işlərin görülməsi razılaşdırılıb.
Görüş zamanı Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin artırılması ilə bağlı müzakirələr aparılıb. Bu baxımdan hazırda geniş vüsət alan elektron ticarətin imkanlarından istifadənin təşviq edilməsinin əhəmiyyəti vurğulanıb və Azərbacyanda qısa zaman öncə istifadəyə verilən "Azexport" portalının uğurlu fəaliyyəti barədə söhbət açılıb. Həmçinin, "Azexport" ilə Qazaxıstanın müvafiq portalı arasında qarşılıqlı əlaqənin yaradılmasının nəzərdən keçirilməsi razılaşdırılıb. Müzakirələr zamanı ölkələr arasında iqtisadi-ticari əlaqələrin inkişafının digər yolu kimi hər iki ölkənin böyük şəhərləri arasında əməkdaşlığın təşviq edilməsinin faydalı nəticələr verəcəyindən əminlik ifadə edilib. Bu baxımdan Şimkənt və Gəncə şəhərləri arasında qarşılıqlı ticarət potensialının müəyyənləşməsi və müvafiq işgüzar dairələrin iştirakı ilə biznes-forumların və ya ticarət missiyalarının təşkilinin əhəmiyyəti vurğulanıb.
Müştərilərin xəbərləri
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
-
10 d. əvvəl
Azərbaycanda aşağı qiymətli avtomobillərin bazardakı payı artıb
-
30 d. əvvəl
UForex-dən böyük fürsət: bir ay komissiyasız və svopsuz ticarət!
- 49 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qlobal banklar neft qiymətləri üzrə proqnozlarını aşağı saldılar
- 1 saat əvvəl
-
1 saat əvvəl
ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur
- 1 saat əvvəl
-
2 saat əvvəl
Gömrük statistikası açıqlandı: Azərbaycan daha çox satıb, daha az alıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycanda aşağı qiymətli avtomobillərin bazardakı payı artıb
İyunun 17-də gözlənilən hava şəraiti
Qlobal banklar neft qiymətləri üzrə proqnozlarını aşağı saldılar
Azərbaycana avtomobil idxalında ciddi geriləmə
Ən çox oxunanlar
ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
AzInTelecom 73 mindən çox saxta IMEI kodu bloklayıb
AZZA 125-ci mağazasını açıb

























