Xalq Bank 2020-ci il üzrə 26 milyon manata yaxın xalis mənfəət açıqladı
Pandemiya ili kimi yadda qalan 2020-ci ili Xalq Bank 25 milyon 775 min manat xalis mənfəət ilə başa vurub. Bank 2019-cu ili 33 milyon 447 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2019-cu ildə 111 milyon 288 min manat təşkil etmiş faiz gəlirləri 2020-ci ildə 103 milyon 447 min manata düşüb. Bankın qeyri-faiz gəlirləri isə 19 milyon 14 min manatdan 27 milyon 507 min manata yüksəlib.
CƏMİ GƏLİRLƏRİ ARTIB, XƏRCLƏRİ AZALIB
2020-ci ildə Xalq Bankın cəmi gəlirləri (faiz və qeyri-faiz) 653 min manat artaraq 130 milyon 955 min manat, cəmi xərcləri isə (faiz və qeyri-faiz) 836 min manat azalaraq 73 milyon 936 min manat təşkil edib.
ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
Ötən ilin Bankın əməliyyat mənfəəti 4 milyon 304 min manat artaraq 52 milyon 143 min manat təşkil edib. Qeyri-faiz gəlirləri artması ilə bərabər qeyri-faiz xərclərinin azalması, eyni zamanda faiz borcları üzrə yaradılmış məqsədli ehtiyatlara ayırmanın düşməsi (2 milyon 815 min manat azalıb ) hesabına əməliyyat mənfəətində artım baş verib.
Bankın əməliyyat mənfəətinin artmasına baxmayaraq xalis mənfəətinin azalması aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmaların 3.2 dəfə artaraq 19 milyon 638 min manat təşkil etməsilə əlaqədardır.
31 Dekabr 2020-ci il tarixində Xalq Bank 2 milyard 353 milyon 91 min manat cəmi aktivlərə malik olub, o cümlədən, aktivlərin 1 milyard 475 milyon 123 min manatını müştərilərə verilən kreditlər təşkil edib. 2019-cu ilin sonunda Xalq Bank 2 milyard 458 milyon 468 min manat cəmi aktivlərə, 1 milyard 829 milyon 642 min manat kredit portfelinə malik idi.
Ötən il Xalq Bankda depozitlər 124 milyon 443 min manat azalaraq 1 milyard 590 milyon 492 min manata geriləyib.
MƏCMU KAPİTALI ARTIB
2020-ci ilin sonunda Xalq Bank 429 milyon 961 min manat məcmu kapitala malik olub. 2019-cu ilin sonunda Bankın məcmu kapitalı 417 milyon 703 min manat təşkil etmişdi.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
17 saat əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 17 saat əvvəl
-
17 saat əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
17 saat əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
Ən çox oxunanlar
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb










.jpg)











