"Şuşanın baş planının hazırlanması üzərində işlərə başlanılmışdır"
Xəbər verdiyimiz kimi, yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib.
Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev çıxış edərək deyib:
"Təşəkkür edirəm, möhtərəm cənab Prezident. Sizin 2020-ci il 24 noyabr tarixli Sərəncamınızla Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılmışdır. Əlaqələndirmə Qərargahı dərhal işə başlamışdır. Gündəlik məsələlərin həll edilməsi ilə yanaşı, ortamüddətli planlaşdırma işlərinə də başlanılmışdır. İlk növbədə, qərargahın üzvləri toplaşaraq aidiyyəti üzrə bütün məsələlərin mərkəzləşdirilməsi məqsədilə müzakirələr aparmışlar. Eyni zamanda, işin təşkilini təmin etmək məqsədilə Əlaqələndirmə Qərargahı nəzdində idarələrarası mərkəz yaradılmışdır. Həmçinin bu mərkəzin nəzdində işçi qrupları yaradılmışdır. Möhtərəm cənab Prezident, qeyd etdiyiniz bütün istiqamətlər üzrə 16 işçi qrupu yaradılmışdır. İlk növbədə, əlbəttə ki, minalardan və partlamamış sursatlardan təmizləmə məsələləri ilə bağlı çox ciddi müzakirələr aparılmış və artıq müəyyən planlar tərtib olunmuşdur. Həmçinin sosial, iqtisadi, humanitar, hüquqi və digər məsələlər üzrə işçi qrupları yaradılmışdır. Ən əsas da şəhərsalma planlaşdırılması, bu çərçivədə tarixi abidələrin qorunması və bərpası məsələlərinə də ciddi yanaşmalar təklif olunur. Eyni zamanda, infrastruktur məsələləri və enerji təminatı üzrə işlər aparılır. Qeyd etmək istəyirəm ki, bu gün qərargahın nəzdində fəaliyyət göstərən işçi qruplarında 55 dövlət qurumunun 160 nümayəndəsi iştirak edir. Son bir ay ərzində gündəlik məsələlərlə və qəbul olunmuş qərarlarla yanaşı, Strateji Fəaliyyət Planının hazırlanması istiqamətində işlər aparılmışdır. Artıq bu fəaliyyət planı hazırdır. Həmin planın əsasında tədbirlər planı da hazırlanmışdır və bütün aidiyyəti qurumlarla razılaşdırılmışdır. Əlbəttə ki, bütün işçi qruplarının arasında birmənalı olaraq əlaqələr qurulmuşdur. Bütün istiqamətlər üzrə daimi olaraq gündəlik əsasda fikir mübadiləsi aparılır, bütün işlər planlı və kompleks yanaşma əsasında həyata keçirilir. Şəhərsalma planlaşdırması ilə bağlı, ilk növbədə, işğaldan azad olunmuş bütün ərazilər üzrə ümumi planın hazırlanması istiqamətində işlərə başlanılmışdır. Eyni zamanda, artıq işğaldan azad olunmuş ərazilərə yerində baxışlar keçirilir. Bir sıra şəhərlərin yerləşdirilməsi və onların planlaşdırılması ilə bağlı işlərə başlanılmışdır. Bununla yanaşı, bir sıra beynəlxalq və xarici şirkətlərlə əlaqələr qurulmuş, danışıqlara başlanılmışdır. Yerli mütəxəssislərin cəlb olunması təmin edilmişdir. Cənab Prezident, Sizin Şuşa şəhərinə göndərdiyiniz böyük qrup çərçivəsində şəhərsalma üzrə mütəxəssislər də olmuşdur və Şuşa şəhərinin baş planının hazırlanması üzərində işlərə başlanılmışdır. İlk növbədə, Şuşa şəhərinin ortofoto şəkli çəkilmiş və topoqrafiya işləri davam etdirilmişdir. Eyni zamanda, ərazilərə baxış keçirilərkən orada dəymiş ziyanın qiymətləndirilməsi məsələsinə də diqqət yetirilir. Mövcud vəziyyət dəyərləndirilir və sənədləşdirilir.
Möhtərəm cənab Prezident, həyata keçirilən işlərin davam etdirilməsi üçün artıq bütün planlar hazırdır və yaxın günlərdə Sizə təqdim olunacaq. Diqqətinizə görə təşəkkür edirəm".
Həmçinin oxu
Prezident müşavirə keçirdi - TAM VERSİYAMüştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 13 saat əvvəl
-
- 14 saat əvvəl
-
14 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub























