“SƏBA” bankdan möhlət istəyəcək - TƏCİLİ YIĞINCAQ ÇAĞIRDI
Şirkət əlavə borc almağı da planlaşdırır01 fevral 2021-ci il tarixdə “SƏBA” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının Növbədənkənar Ümumi Yığıncağı keçiriləcək.
Marja xəbər verir ki, Ümumi Yığıncağın gündəliyinə aşağıdakı məsələlərin müzakirəsi daxil edilmişdir:
1. ASC “Xalq” Bankı (bundan sonra “Bank”) ilə Cəmiyyət arasında bağlanmış 24.10.2019-cu il tarixli 100400975770319 saylı Kredit müqaviləsi üzrə öhdəliklərin tam şəkildə bağlanılması məqsədilə Bankdan illik 5% ödənilməklə, 36 ay müddətinə kreditin götürülməsi və kreditin təminatı qismində Cəmiyyətə məxsus Şabran şəhəri, Məmməd Əmin Rəsulzadə, küçəsi 35 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisənin Bankın xeyrinə ipotekaya qoyulması;
2. Bank ilə Cəmiyyət arasında bağlanmış 15.08.2017-ci il tarixli 100400967532917 saylı Kredit müqaviləsi üzrə kreditləşmə müddətinin 15.08.2023-cü il tarixədək uzadılması və ödəniş şərtlərini dəyişdirməklə (15.01.2022 ancağ faiz ödənilsin. Qalan müddətdə annuitet ödəniləcək, rüblük) restrukturizasiya edilməsi;
3. Bankdan dövriyyə məqsədilə, illik 5% ödənilməklə, 36 ay müddətinə kreditin cəlb edilməsi və kreditin təminatı qismində Cəmiyyətə məxsus Şabran şəhəri, Məmməd Əmin Rəsulzadə, küçəsi 35 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisənin Bankın xeyrinə ipotekaya qoyulması.
4. Bankdan sənədli əməliyyatların maliyyələşdirilməsi məqsədilə illik 4% ödənilməklə, 36 ay müddətinə kreditin cəlb edilməsi və kreditin təminatı qismində Cəmiyyətə məxsus Şabran şəhəri, Məmməd Əmin Rəsulzadə, küçəsi 35 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisənin Bankın xeyrinə ipotekaya qoyulması.
5. Nizamnamənin yeni redaksiyasının təsdiq olunması;
6. Digər məsələlər.
Cəmiyyətin bütün səhmdarlarına izah olunur ki, səhmdarlar Ümumi Yığıncağın gündəliyin layihəsinə dair təkliflər vermək və gündəliyə daxil edilmiş bütün məsələlər üzrə müvafiq sənədlərlə cəmiyyətin yerləşdiyi ünvanda tanış olmaq hüququna malikdirlər
Yığıncaq Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında keçiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























