5 BOKT-un aktivləri 25 milyon manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 48 bank olmayan kredit təşkilatından (BOKT) 3-ü mikromaliyyə bazarına 2020-ci ildə daxil olub.
Bunlar “Azpul”, “Finans Kredit” və “Prico Credit”dir.
2018-2019-cu illərdə fəaliyyət göstərmiş 45 BOKT-dan isə 9-u – “Aset Maliyyə Texnologiyaları”, “Caspian Invest”, “Finans İnvest”, “Fintrend”, “MJ Financial Services”, “Omni Finance”, “Para”, "Union Kredit" və Viza Kredit” illik maliyyə hesabatını açıqlamayıb. Hesabat vermiş qalan 36 BOKT-dan 5-nin aktivləri bu il yanvarın 1-nə 25 milyon manatdan çoxdur. Bunlar “Aqrarkredit” (12 554,74 milyon manat), “Embafinans” (42,083 milyon manat), “Finoko” (29,119 milyon manat), "FİNKA Azərbaycan" (27,137 milyon manat) və "M Bulak"dır (25,064 milyon manat). 24 BOKT-un aktivləri 1-17 milyon manat arasında, 7 BOKT-un aktivləri isə 1 milyon manatdan azdır.
36 BOKT-dan 10-u ötən il aktivlərini azaldıb. Bunlar “Azmikroinvest”, “Aqrarkredit”, “TCF”. “Falcon Finance”, “Gold Finance”, “Effektinvest”, “TBC Kredit”, “Pro Kredit”, “Azəri Star Mikromaliyyə” və “Premier Kredit”dir. Ən çox azalma “Premier Kredit”də (50,6%), ən az azalma isə “Azmikroinvest”də (1%) qeydə alınıb.
Qalan 26 BOKT-un isə aktivləri artırıb. Ən yüksək dinamika “City Finance”də (22 dəfə), ən aşağı dinamika isə “Kredit Servis”də (2,6%) qeydə alınıb.
"Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 51 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























