Bank Facebook və WhatsApp ilə beynəlxalq pul köçürmələri xidmətini işə salıb
Bank VTB (Azərbaycan)-ın müştəriləri filiala gəlmədən digər ölkəyə pul köçürmək imkanı əldə ediblər.
Bankın yaydığı məlumatda bildirilir ki, Çat-bank Direct-də mövcud olan “Beynəlxalq pul köçürmələri” xidməti WhatsApp və ya Facebook Messenger – də VTB (Azərbaycan)-ın Visa kartlarından xarici bankların Visa kartlarına pul köçürməyə imkan verir.
Köçürmənin maksimal məbləği gün ərzində 1000 dollar və ay ərzində 10000 dollardır (və ya digər valyuta ekvivalenti). Komissiya vəsaitin göndərildiyi ölkədən asılı olmayaraq köçürülən məbləğin 1% -ni təşkil edir.
Pul köçürmək üçün WhatsApp və ya Facebook mesencerlərində Direct çat-bankında qeydiyyatdan keçmək lazımdır. WhatsApp istifadəçiləri əsas menyuda “Köçürmələr”, Facebook Messenger istifadəçiləri isə “Ödənişlər”, daha sonra “Card to Card köçürmələri” funksiyasını seçməlidirlər. Açılan pəncərədə “Beynəlxalq köçürmələr” bölməsinə daxil olub və vacib olan xanaları (kartın və vəsaiti alan şəxsin adı) doldurmaq lazımdır. Vəsait hesaba dərhal köçürülür.
“Bank əməliyyatlarını elə mesencerlərdə həyata keçirməyə imkan verən çat-bank Direct müştərilərimiz arasında çox populyardır. Biz də istifadəçilər üçün xidmət siyahısının genişləndirilməsi istiqamətində daim çalışırıq. İndi Visa kart istifadəçiləri üçün Direct-də kartdan karta beynəlxalq pul köçürmələri xidməti mövcuddur. Doğmalarınıza pul köçürmək indi sadə və rahatdır” – deyə, bank VTB (Azərbaycan)-ın “Rəqəmsal bank” layihə ofisinin rəhbəri Kamila Şahbazova bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 20 saat sonra
-
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Ən çox oxunanlar
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"























