Azərbaycanda Facebook-da rəqəmsal bank işə düşdü
Bank VTB (Azərbaycan) Facebook sosial şəbəkəsinin mesenceri üzərindən sahibkarlara Direct Business rəqəmsal bankını təklif edir.
Bankın yaydığı məlumata görə, xidmət vasitəsilə müştərilər bankın filiallarına gəlmədən, elə mesencerdə biznes-kart sifariş edə, pul köçürə (ölkədaxili, hesabları arasında, dövlət büdcəsinə), nağdsız konvertasiya həyata keçirə bilər, eləcə də QR-kod vasitəsilə hesablarını artıra bilər.
Direct Business vasitəsilə həmçinin hesablar üzrə çıxarış və rekvizitlər, filial və bankomat şəbəkəsi, eləcə də mübadilə kursu haqqında məlumat almaq mümkündür. Bütün xidmətlər 24/7 rejimində təqdim olunur.
Direct Business-dən istifadənin daha bir üstünlüyü biznes-kartlara aiddir. Belə ki, Direct Visa Business və Direct Visa Platinum kartları rəqəmsal bank vasitəsi ilə sifariş zamanı daha sərfəli tariflə təklif olunur.
“Biz daim rəqəmsal xidmət kanallarını inkişaf etdiririk və müştərilərimizə sadə və rahat həllər təklif etməyə çalışırıq. Cari epidemioloji vəziyyəti nəzərə alaraq distant kanallar daha da aktuallaşıb. İndi sahibkarlar öz maliyyə vəsaitlərini banka gəlmədən istənilən vaxtı idarə edə bilər. Biz xidmətin imkanlarını genişləndirməyə davam edəcəyik və yaxın vaxtlarda müştərilərə yeni funksiyalar təklif olunacaq ” – deyə, bank VTB (Azərbaycan)-ın İdarə heyətinin üzvü, Korporativ biznesin inkişafı departamentinin rəhbəri Yasin Cəlilov bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
- 39 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi




















