İstiqraz bazarının 5 əsas üstünlüyü
İstiqrazlar investorlara müəyyən müddətlər üzrə sabit gəlir qazanmaq imkanı verir. Sabit gəlir qazanmaq və az risk etməyi sevən şəxslər (investorlar) əsasən istiqrazlara yatırım etməyə üstünlük verirlər. Belə ki, Siz yatırım etdiyiniz məbləğdən əlavə kupon faiz dərəcəsi üzrə məbləği, yəni əlavə gəlirinizi də əvvəlcədən müəyyənləşdirilmiş vaxtlarda əldə edirsiniz.
Qeyd edək ki, emitent şirkət istiqrazlar üzrə formalaşmış əlavə gəlirinizi buraxılış şərtlərindən asılı olaraq rüblük, illik və ya müddətin sonunda Sizə ödəmək öhdəliyini daşıyır. Bu baxımdan şirkət müflis olduğu təqdirdə belə, səhmlərlə müqayisədə ilkin olaraq şirkətin istiqraz sahiblərinə olan borcları ödənilir. Digər tərəfdən istiqrazlar dövlət zəmanəti ilə də buraxıla bilər. Bu zaman isə emitent kimi Dövlət özü- Maliyyə Nazirliyi, Mərkəzi Banklar, bələdiyyələr çıxış edir. Bu cür istiqrazların əsas üstünlüyü isə “sıfır riskli” maliyyə aləti sayılmasıdır.
İstiqrazların səhmlərə nisbətən digər üstünlüyü isə yalnız milli valyutada deyil, digər valyutalarda da emissiya edilə bilməsidir. Bu cür istiqrazlar isə “avrobond”lar adlanır. Bu baxımdan avrobond əldə etməklə Sizin məzənnə fərqindən də qazanmaq imkanınız yaranır. Bundan əlavə likvid olan (tələbat yüksək olan) istiqrazları daha baha qiymətə satmaqla da gəlir əldə edə bilərsiniz.
Maliyyə bazarları təcrübəsində həmçinin təminatlı istiqrazlara da rast gəlinir. Bu istiqrazlar emitent şirkətin istiqrazlar üzrə borclarını investorlara geri qaytara bilməsinə zəmanət verən hər hansı aktivini girov qoyması ilə müşayiət olunur. Bu cür istiqrazlara investorlar tərəfindən yüksək tələbat olsa da, birjada az rast gəlinir. Çünki əksər emitent şirkətlər təminatlı istiqraz buraxılışında maraqlı olmurlar. Buna alternativ olaraq isə həmin emitent şirkətlər istiqrazların investor tərəfindən satılacağı təqdirdə, istənilən zaman geri alınacağına zamənat verə bilərlər. Bu istiqrazlara marketmeykeri olan istiqrazlar aid olunur.
Beləliklə qeyd edilənləri ümumiləşdirərək istiqraz bazarının aşağıdakı əsas üstünlüklərini qeyd edə bilərik:
1.Sabit gəlirlilik
2.Dövlət zəmanətinin mümkünlüyü və “sıfır risklilik”
3.İstiqrazlar üzrə təminatın olması imkanı
4.Müxtəlif valyutalarda buraxıla bilməsi və məzənnə fərqindən qazanma imkanı
5.Səhmlərə nisbətdə daha öncə istiqrazların ödənilməsi
Hal-hazırda Siz ölkəmizdə fəaliyyət göstərən İnvestisiya şirkətlərinin hər hansı birinə müraciət etməklə həm Dövlət İstiqrazlarını, həm də korporativ istiqrazları asanlıqla əldə edə bilərsiniz. Bu istiqrazlar üzrə isə milli valyuta gəlirlilik 12-18%, xarici valyutada isə 5-15% arasında dəyişir.
Marja.az üçün Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 5 saat əvvəl
- 8 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
10 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
10 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
10 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
10 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib


























