Kredit portfeli 1 milyard manatdan çox olan 4 bank
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il oktyabrın 1-nə kredit portfeli 1 milyard manatdan çox olub.
Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (2 milyard 228 milyon 984 min manat), "PAŞA Bank" (2 milyard 2 milyon 811 min manat), "Kapital Bank" (1 milyard 940 milyon 21 min manat) və "Xalq Bank"dır (1 milyard 503 milyon 7 min manat).
Qalan 22 bankdan 18-də kredit portfeli 100 milyon manatdan 1 milyard manata qədər, 2 bankda 10-100 milyon manat arasında, 2 bankda isə 10 milyon manatdan azdır.
5 bankın kredit portfeli azalıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu il oktyabrın 1-nə kredit portfeli illik müqayisədə az olub. Bunlar "Xalq Bank", "Muğan Bank", "Azər-Türk Bank", "Access Bank" və “Yapı Kredi Bank Azərbaycan”dır.
Ən çox azalma “Yapı Kredi Bank Azərbaycan”da (22,1%), ən az azalma isə "Xalq Bank"da (2,7%) qeydə alınıb.
Qalan 21 bankın isə kredit portfeli artıb. Ən yüksək dinamika "Unibank"da (67,8%), ən aşağı dinamika isə "Bank Respublika"da (0,7%) qeydə alınıb.
"Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























