Azərbaycanda 9 bankın qiymətli kağızlara investisiyaları artıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 21-nin bu il və ötən il oktyabrın 1-nə aktivlərində qiymətli kağızlara investisiyalar olub ki, bunlardan da 12-də fond bazarına investisiyaların illik dinamikası mənfi olub.
Həmin banklar "Xalq Bank", "Azərbaycan Beynəlxalq Bankı", İran Milli Bankının Bakı filialı, "Kapital Bank", "Yapı Kredi Bank Azərbaycan", “Azər-Türk Bank”, “Express Bank”, "Bank VTB Azərbaycan", “Yelo Bank”, Unibank”, "Bank Avrasiya" və "AFB Bank"dır.
Ən çox azalma "AFB Bank"da (89,4%), ən az azalma isə "Xalq Bank"da (1,1%) qeydə alınıb.
9 bankda isə fond bazarına investisiyalar artıb. Bunlar "Bank BTB", “Zıraat Bank Azərbaycan”, "Bank Respublika", “Turan Bank”, "Rabitəbank", “PAŞA Bank”, Pakistan Milli Bankının Bakı filialı, "Access Bank" və “Bank of Baku”dur. Ən yüksək dinamika "Bank BTB”də (2,9 dəfə dəfə), ən aşağı dinamika isə "Bank of Baku"da (3,4%) qeydə alınıb.
5 bank - "Azərbaycan Sənaye Bankı", "Günay Bank", "Muğan Bank", "Naxçıvan Bank", və "Premium Bank" isə son 1 ildə qiymətli kağızlara bazarına investisiya qoymayıb. Odur ki, bu bankların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.
4 bankın qiymətli kağızlara investisiyaları 100 milyon manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu il oktyabrın 1-nə aktivlərində qiymətli kağızlara investisiyalar olmayıb.
Bunlar "Azərbaycan Sənaye Bankı", "Günay Bank", "Muğan Bank", "Naxçıvan Bank" və "Premium Bank"dır.
Digər 21 bank isə fond bazarına müxtəlif məbləğlərdə investisiyalar qoyub. Onlardan 4-də investisiyaların məbləği 100 milyon manatdan çoxdur. Bunlar "PAŞA Bank" (1 452,729 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (1 214,865 milyon manat), "Kapital Bank" (635,556 milyon manat) və "Xalq Bank"dır (154,709 milyon manat).
Qiymətli kağızlara investisiyaların məbləği 16 bankda 10-100 milyon manat arasında, 1 bankda isə 10 milyon manatdan azdır.
“Renkinq”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
54 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























