Uber: Bakı sakinləri öz şəxsi avtomobillərindən imtina edəcək
Bu gün Azərbaycanın KİV nümayəndələri ilə Bakıda keçirilən görüşdə “Uber” şirkətinin MDB ölkələri üzrə baş meneceri Aleksey Stax 2015-ci ilin aprel ayından etibarən ölkədə xidmət göstərən servisin fəaliyyətindan danışıb.
"Marja" xəbər verir ki, əldə edilmiş əsas uğurlar aşağıdakılardır:
-300 mindən çox yüklənən tətbiq
-Həftəlik yeni istifadəçi artımı
-Minlərlə sürücü-tərəfdaş
-Sürücülərin orta reytinqi: 5-dən 4,82
-Avtomobilin ünvana çatdırılmasının orta vaxtı: 4 dəqiqə
-İki servis: rahat və əlverişli “uberX” və daha bahalı premium “UberSELECT”
-İki növ ödəmə – nağd və nağdsız (akkaunta bağlanan kart vasitəsi ilə)
- “UberELKA” aksiyası zamanı Yeni il yolkalarının çatdırılmasına 70 mindən çox sorğu (2016-cı ilin dekabrı).
“Biz əldə etdiyimiz nailiyyətlərlə fəxr edirik: iki il ərzində “Uber” minlərlə Bakı sakini üçün adi hərəkət vasitəsinə çevrilib, bizə həm istifadəçilər, həm də “Uber” ilə əməkdaşlıq imkanlarını layiqincə qiymətləndirən və bizimlə tərəfdaşlıq edən sürücülər etibar edirlər. Maraqlıdır ki, fəaliyyətimizin ba.lanğıcında istifadəçilərin əksəriyyəti hansısa xüsusi hallar üzrə səfər ediblər, bu gün isə biz görürük ki, bizim müştərilər “Uber”i şəxsi avtomobilinə real alternativ kimi qəbul edir və gündəlik olaraq servisdən yararlanırlar", - deyə Aleksey Stax qeyd edib.
"VAXTININ 96%-Nİ HƏRƏKƏTSİZ DAYANIR"
“Uber” müasir şəhərlərin infrastrukturunun inkişafı, əlçatan və rahat taksi xidmətlərinin xeyrinə şəxsi avtomobildən imtinanı əsas istiqamət kimi görür: həqiqətən, bu gün avtomobil ən bahalı satınalma olaraq (mənzildən sonra) vaxtının 96%-ni hərəkətsiz dayanır və bir qayda olaraq investisiyaların qaytarılmasını təmin etmir. Bəzi şəhər ərazilərinin təxminən 1/5 hissəsi avtomobillərin saxlanması üçün istifadə olunur, şəhər məkanının orta hesabla 15%-i avtomobilin saxlanılmasına ayrılır. Lakin bu yeganə olan problem deyil: avtomobillərin çoxluğu böyük tıxaclara səbəb olur: məsələn, Los-Ancelesdə və Sidneydə insanlar tıxaclara hər il təxminən iki iş həftəsi sərf edir. Daimi tıxaclar atmosferə atılan zərərli tullantıların səviyyəsini artırır – dünyada 22%-dək CO2 tullantıları nəqliyyatın payına düşür.
Problemin həlli – avtomobil sayının azaldılmasında görünür. Bu, yollarda sıxlığın azalmasını təmin edəcək, CO2 tullantılarını azaldacaq, avtomobil dayanacaqları salınmış şəhər məkanının boşaldılmasına və şəhər infrastrukturunun ümumi yaxşılaşdırılmasına təsir edəcək – yeni parkların, uşaq meydançalarının və s. salınması.
“Biz əminik ki, bu gün “Uber”in təhlükəsiz, sürətli və rahat gedişi ilə Bakı sakinləri öz şəxsi avtomobillərindən imtina edəcək. Siz avtomobili bir toxunuşla sifariş edə bilirsinizsə, onda öz şəxsi avtomobilinizə şəkilən xərclər nəyə lazımdır? Bu gün istifadəçilərin vərdişlərini dəyişdirilməsi ilə şəhəri həyat üçün daha rahat edə bilərik”, - deyə Aleksey Stax bildirib.
“Uber” bütün dünyada şəhərlərin həyatını yaxşıya doğru dəyişir: qunun istənilən vaxtında və istənilən nöqtəsinə tez və təhlükəsiz gediş təmin edərək vətəndaşların mobilliyini yaxşılaşdırır, iqtisadiyyat proseslərini tezləşdirir, şəhər mühütünü inkişaf etdirir.
Bakı sakinləri “Uber”i servisin rahatlığı (sifarişlərin tez qəbul olunması, tətbiqin intuitiv başa düşülən interfeysi), reytinq və rəy sistemi ilə təciz olunmuş dəyişilməyən keyfiyyət səviyyəsi və etibarlılığı (xəttə kifayət qədər avtomobilin olması, müştəri məmnuniyyəti xidməti) və təhlükəsizliyinə (tərəfdaşların seçimi və qiymətləndirilməsi, sistemin şəffaflığı – istifadəçilər əvvəlcədən sürücüdən və avtomobildən məlumat alırlar) görə seçir.
Qeyd edək ki, "Uber" – şəxsi sürücü ilə avtomobillərin sifarişi üzrə mobil tətbiq hazırlamış beynəlxalq texnoloji şirkətidir. Şirkət dünya üzrə 73 ölkənin 450-dən çox şəhərində xidmət göstərir. Azərbaycanda "Uber" 2015-ci ilin aprel ayından etibarən fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 gün sonra
-
1 saat əvvəl
Ermənistana Azərbaycandan keçməklə 7 vaqon buğda göndəriləcək
-
-
1 saat əvvəl
Moody's ABB-nin depozit reytinqlərini təsdiqləyib, proqnoz stabil olaraq qalır
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bizneslər üçün şans - Ulduzlu qısa nömrələr pulsuz aktivləşdiriləcək
-
3 saat əvvəl
Azərbaycan ilə Şimali Kipr arasında müntəzəm çarter reysləri başlayacaq
- 3 saat əvvəl
-
3 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
4 saat əvvəl
"Dünyanın gəmiləri, mühərriklərinizi işə salın. Qoy neft axsın!"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Hörmüzdə nəqliyyatın normallaşması aylar çəkə bilər
Mis qiymətləri ABŞ-İran razılaşması fonunda yüksəldi
Qızıl sülh xəbəri ilə bahalaşır
Ən çox oxunanlar
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
"Dünyanın gəmiləri, mühərriklərinizi işə salın. Qoy neft axsın!"
Neft kəskin ucuzlaşdı - Səbəb ABŞ və İranın müharibəni bitirmək, Hörmüz boğazını yenidən açmaq barədə razılaşmasıdır
Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
























