“Naxçıvanbank”ın xalis mənfəəti kəskin artıb
“Naxçıvanbank” ASC 2020-ci ilin 9 ayını 6 milyon 728 min manat xalis mənfəət ilə başa vurub. Bank 2019-cu ilin eyni dövrünü 4 milyon 404 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Naxçıvanbank”ın xalis mənfəəti 2 milyon 324 min manat və ya 52,7% artıb.
GƏLİRLƏRİ ARTIB
Marja xəbər verir ki, 2020-ci ilin yanvar-sentyabr dövründə “Naxçıvanbank”ın cəmi əməliyyat gəlirləri 12 milyon 410 min manat, cəmi əməliyyat xərcləri 3 milyon 874 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 8 milyon 535 min manat əməliyyat mənfəəti formalaşıb. Bank əməliyyat mənfəətindən 1 milyon 806 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb.
Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin yanvar-sentyabr dövründə “Naxçıvanbank”ın cəmi əməliyyat gəlirləri 8 milyon 339 min manat, cəmi əməliyyat xərcləri 3 milyon 577 min manat təşkil etmiş, nəticədə Bankın 4 milyon 762 min manat əməliyyat mənfəəti formalaşmışdı. Əməliyyat mənfəətindən 358 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılmışdı. Bank 9 ay ərzində mənfəət vergisi ödəmədiyindən 4 milyon 404 min manat xalis mənfəət əldə etmişdi.
BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
30 Sentyabr 2020-ci il tarixində "Naxçıvanbank” ASC 236 milyon 633 min manat cəmi aktivlərə, o cümlədən 118 milyon 59 min manat kredit portfelinə malik olub.
30 Sentyabr 2019-cu il tarixində “Naxçıvanbank” 209 milyon 361 min manat cəmim aktivlərə, o cümlədən 84 milyon 695 min manat cəmi kreditlərə malik olmuşdu.
30 Sentyabr 2020-ci il tarixində “Naxçıvanbank” 83 milyon 261 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!





















