Bakının Baş planın ilkin layihəsi virtual sərgi şəklində nümayişə çıxarıldı - TANIŞ OL
Bakı şəhərinin Baş planının ilkin layihəsi virtual sərgi formatında ictimaiyyətə təqdim olunur. 60 gün müddətində hər kəs layihə ilə tanış ola biləcəkAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhərinin Baş Planı layihəsinin hazırlanması prosesi çərçivəsində, qanunvericiliyin tələbinə uyğun olaraq, ictimai tanışlıq prosesinə başlanılır.
Komitədən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə elan etdiyi xüsusi karantin rejimini nəzərə alaraq, Bakı şəhərinin Baş Planının ilkin layihəsinin 60 gün müddətində tanışlıq üçün ictimaiyyətə təqdimatı virtual sərgi formatında keçiriləcək.
Komitənin sifarişi əsasında aparıcı beynəlxalq şəhərsalma şirkətlərinin və aidiyyəti yerli qurumların ekspertlərinin iştirakı ilə hazırlanmış Baş planın ilkin layihəsi ilə Komitənin rəsmi internet saytının ana səhifəsinin “Bakının baş planı” adlı bölməsində (https://arxkom.gov.az/bakinin-bas-plani) tanış olmaq mümkündür.
Bakı şəhərinin Baş planının layihəsi ilə tanış olan hər kəs öz rəy və təkliflərini [email protected] elektron poçt ünvanına göndərə bilər. Daxil olan bütün müraciətlər qeydə alınaraq sahə mütəxəssisləri tərəfindən qiymətləndiriləcək və Bakı şəhərinin Baş planının yekun layihəsinin hazırlanmasında nəzərə alınacaq. Həmçinin, növbəti iki ay ərzində Bakı şəhərinin Baş Planının hazırlanması işi çərçivəsində aidiyyəti qurumlar və ictimaiyyət tərəfindən təqdim edilmiş təkliflərin müzakirəsi məqsədilə bir sıra tədbirlərin təşkil edilməsi nəzərdə tutulur.
Bakı şəhərinin Baş planının layihəsi paytaxtın 213 500 hektarlıq bütün inzibati ərazisini əhatə etməklə növbəti 20 il ərzində şəhərin əsas inkişaf prioritetlərini, o cümlədən güclü və dayanıqlı inkişafı təmin edəcək mütəşəkkil çoxmərkəzli şəhər, ərazilərdən kompleks istifadə nəticəsində formalaşan davamlı şəhər mühiti, mədəni və tarixi-memarlıq irsin qorunması, habelə post-sənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatı məsələlərini özündə ehtiva edir.
Sənəddə şəhərin müxtəlif növ mərkəzlərinin xüsusiyyətləri və inkişaf istiqamətləri, əhalinin mobilliyini təmin edən çoxnövlü nəqliyyat sisteminin yaradılması üzrə təklif edilən tranzit qovşaqları, küçə-yol şəbəkəsi və “hibrid dəhlizlər” üzrə həllər, eləcə də paytaxtın əhali sıxlığı əsasında hesablanmış mühəndis kommunikasiya təminatı sistemləri və ictimai məkanlara dair inkişaf sxemi öz əksini tapmışdır. Bundan başqa, sənədə əsasən ekoloji durumun yaxşılaşdırılması istiqamətində çirklənmiş ərazilərin sağlamlaşdırılması, yaşıllıqların artırılması, tarixi ərazilərin simasına xələl gətirə biləcək tikintilərin qarşısının alınması kimi tədbirlərin görülməsi planlaşdırılmışdır.
Qeyd olunan və digər nəzərdə tutulan tədbirlərin əsas məqsədi – hazırda təkmərkəzli aqlomerasiya olan Bakının çoxmərkəzli və dayanıqlı şəhər kimi ahəngli inkişafının əsasını qoymaq, istiqamətlərini müəyyənləşdirmək, o cümlədən paytaxt iqtisadiyyatının yeni prioritet sahələrinin davamlı inkişafı üçün münbit şəraitin yaradılmasını təmin etməkdir.
Xatırladaq ki, Bakı şəhərinin Baş planının hazırlanması prosesi beynəlxalq təcrübəyə uyğun olaraq, iki mərhələdə təşkil edilmişdir. 1-ci mərhələdə beynəlxalq strateji məsləhətçi olan “Boston Consulting Group” (BCG) şirkətinin dəstəyi ilə Komitə tərəfindən paytaxtın inkişaf konsepsiyası işlənilmişdir. 2-ci mərhələdə isə inkişaf konsepsiyası əsasında müvafiq layihə tapşırığı hazırlanaraq beynəlxalq tender elan edilmiş və Baş planın hazırlanması işi bu tenderin qalibi seçilmiş nüfuzlu beynəlxalq şəhərsalma və memarlıq şirkəti olan Almaniyanın “AS+P” şirkətinə həvalə edilmişdir. Həmçinin, Baş Planın hazırlanması prosesinə Böyük Britaniyanın “Ernst and Young” və “Ramboll” məsləhətçi şirkətləri, yerli tərəfdaş qismində isə “BakıDövlətLayihə” İnstitutu cəlb edilmişdir. Eyni zamanda, sorğu əsasında 40-a yaxın dövlət qurumunun şəhərin inkişafına dair təqdim etdiyi müxtəlif məlumatlar sistemləşdirilərək vahid baza şəklində formalaşdırılmış və Baş plan üzərində çalışan mütəxəssislər qrupunun istifadəsinə verilərək 300-dən artıq görüş və müzakirələr təşkil edilmişdir.
Bakı şəhərinin Baş planının ilkin layihəsi üzərində işlərin aidiyyəti dövlət orqanları və sahə mütəxəssislərinin rəyləri, habelə ictimaiyyətin təklifləri nəzərə alınmaqla davam etdirilməsi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
13 d. əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
-
- 19 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
2 saat əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank iyunun 22-dən yeni inzibati binada fəaliyyətini davam etdirəcək
-
2 saat əvvəl
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
-
3 saat əvvəl
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
-
4 saat əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
Ən çox oxunanlar
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
Nuran Kərimov "AmCham Azərbaycan"ın yeni Prezidenti seçilib
Azərbaycanın Portuqaliyada Səfirliyi təsis edilib
























