Azərbaycan Sahibkarlar Konfederasiyası bəyanat yaydı
Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü ilə bağlı Azərbaycan Sahibkarlar Konfederasiyası bəyanat yayıb.
Marja xəbər verir ki, bəyanatda deyilir:
Sentyabrın 27-də səhər saatlarından başlayaraq erməni vandalları növbəti təxribata əl ataraq, işğalçılıq siyasəti yeritdiklərini bir daha sübut etdilər. Ermənistan silahlı qüvvələrinin bölmələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutdular, hücuma keçməyə cəhd göstərdilər.
Düşmənin atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itki və yaralananların da olması Azərbaycan sahibkarlarını dərindən sarsıtdı. Sahibkarlar adından qəhrəman şəhidlərimizə allahdan rəhmət diləyir, onların yaxınlarına dərin hüznlə baş sağlığı verir, yaralılarımızın tezliklə sağalmasını arzulayırıq.
Əlbəttə ki, ordumuzun adekvat tədbirləri nəticəsində düşmənə lazımi cavab verilir.
Bu hadisələrlə bağlı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş Təhlükəsizlik Şurasının iclasında dövlətimizin başçısı çıxış edərək bildirdi ki, “Heç kəsə sirr deyil ki, Tovuz hadisələrində olduğu kimi bu dəfə də ilk atəşi, o cümlədən artilleriya atəşini Ermənistan açıbdır və ilk həlak olanlar da məhz Azərbaycan hərbçiləri olmuşdur. Azərbaycan düşmənə layiqli cavabını verir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Bizim işimiz haqq işidir və Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri atmayacaq”.
Mövcud vəziyyət nəzərə alınaraq, Azərbaycan Respublikasında Hərbi vəziyyət elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Fərman imzalamış, “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş tədbirlər həyata keçirilməyə başlanılmışdır.
Azərbaycan sahibkarlarından Konfederasiyaya daxil olan müraciətlərdə sahibkarlar ölkə Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin, ordumuzun, qəhrəman əsgərlərimizin yanında olduqlarını bəyan etməklə, onlara dəstək olmaq istədiklərini qeyd edirlər.
İnanırıq ki, xalqımız, o cümlədən çoxminli sahibkarlar ordusu Azərbaycan Respublikası Prezidentinin Hərbi vəziyyət elan olunması ilə bağlı Fərmanının bütün tələblərinə əməl edərək, qələbə üçün bütün imkanları səfərbər edəcəklər.
Biz isə Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq, Hərbi vəziyyət dövründə və koronavirus pandemiyasına qarşı çətin mübarizə günlərində, erməni təxribatına qarşı həmrəylik nümayiş etdirərək ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi bütün qərarları bəyənir, onun rəhbərliyi altında yeni-yeni iqtisadi uğurlara nail olacağımıza inanır və bəyan edirik ki, dövlətimizin daha da güclənməsi, rəqabətə davamlı istehsalın genişləndirilməsi və dünya miqyasında nüfuzunun daha da artması üçün bütün gücümüzü səfərbər edərək, əlverişli biznes mühitindən yararlanmaqla ölkəmizin daha da çiçəklənməsi, hərbi potensialının gücləndirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması üçün var gücümüzlə çalışacağıq.
Məmməd Musayev
Azərbaycan Respublikası Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları Milli
Konfederasiyasının Prezidenti
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 13 saat sonra
-
-
2 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 3 saat əvvəl
-
5 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
5 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycan vətəndaşları 5 ayda Türkiyədə 316 ev alıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb

























