SOCAR İstiqrazlarına kütləvi tələbat kəskin artıb
Son günlər Azərbaycanın qiymətli kağızlar bazarında SOCAR İstiqrazlarına tələbat kəskin artıb. SOCAR İstiqrazlarının təkrar bazarı üzrə market-meykeri olan "PSG Kapital" investisiya şirkətinin məlumatına görə, 18-21 aprel tarixlərində xüsusən fiziki şəxslər tərəfindən istiqrazların alışı üçün çoxsaylı müraciətlər daxil olub və bu proses davam etməkdədir.
Nəticədə, dörd gün ərzində investisiya şirkətləri təkcə fiziki şəxslərə 796 min dollarlıq istiqraz satışı həyata keçiriblər. Market-meyker bildirir ki, istiqrazların alınması üçün sifarişlərin həcmi də müxtəlifdir: «Bəzi fiziki şəxslər 2-3, hətta 1 istiqraz almaq üçün sifariş versələr də, digər sifarişlərin həcmi 100-150 və 200-dən artıq olub».
İstiqrazların təkrar bazarda dövriyyəsinin başlandığı 2016-cı ilin oktyabrından indiyədək SOCAR istiqrazları ilə əməliyyatların həcmi 72 milyon dollara çatıb.
Maraqlıdır ki, yanvarın 17-də baş tutan ilk faiz ödənişindən sonra, təkrar bazarda istiqrazların satış qiyməti müəyyən müddət ərzində 1000-1001 dollara ensə də, ikinci faiz ödənişindən sonra qiymətlər 1003-1005 dollar ətrafında sabitləşib. Başqa sözlə, bazarda istiqrazlara tələbat böyük olduğundan, onların qiymətləri də daha yüksək səviyyədə qalıb. Buna baxmayaraq, istiqrazlara tələbat əvvəlkindən daha yüksəkdir.
Qeyd edək ki, SOCAR istiqrazlarının faiz ödəniş ərəfəsindəki qiymətləri də kəskin artmışdı. Faiz ödənişinə bir neçə gün qalmış istiqrazların təkrar bazardakı qiyməti 1013-1014 dollara qalxmışdı ki, bu da son aylar müşahidə olunan ən yüksək göstəricidir. Ümumilikdə isə təkrar bazarda SOCAR istiqrazlarının indiyədək ən yüksək satış qiyməti 1 024 dollar təşkil edib.
Fond bazarı üzrə ekspertlər bildirir ki, istiqrazlara tələbatın və qiyməti belə artmasının səbəbi növbəti faiz ödənişinin həyata keçirilməsi və investorlar tərəfindən SOCAR İstiqrazlarının üstünlüklərinin qiymətləndirilməsidir. Xatırladaq ki, SOCAR İstiqrazları üzrə növbəti – ikinci faiz ödənişi aprelin 17-də baş tutub. Ödəniş çərçivəsində hər bir istiqraza görə 12,5 dollar olmaqla, istiqraz sahiblərinə ümumilikdə 1,25 milyon dollar ödənilib. İstiqrazlar üzrə ilk faiz ödənişi isə yanvarın 17-də həyata keçirilmişdi.
Qeyd edək ki, SOCAR istiqrazları 2016-cı ilin sentyabrında 100 milyon dollar həcmdə 5 illik müddətə buraxılıb. Yalnız yerli fiziki və hüquqi şəxslərin iştirak etdiyi ilkin abunə yazılışı zamanı istiqrazlara 203 milyon dollarlıq, yəni iki dəfədən artıq tələb gəlib. Oktyabrın 17-dən etibarən SOCAR İstiqrazlarının təkrar bazar dövriyyəsi başlayıb.
Nominal qiyməti 1000 (min) dollar olan istiqrazların illik gəlirliliyi 5% və ya ildə 50 dollardır. İstiqrazlar üzrə faiz ödənişləri hər 3 aydan bir olmaqla, ildə 4 dəfə ödənilir. Birinci faiz ödənişi yanvar ayının 17-də, ikinci ödəniş isə aprelin 17-də həyata keçirilib. 2017-ci il ərzində SOCAR İstiqrazları üzrə növbəti faiz ödənişləri 17 iyul və 17 oktyabr tarixlərində baş tutacaq.
SOCAR İstiqrazlarını təkrar bazardan əldə etmək üçün 1 və 5 saylı ASAN Xidmət mərkəzlərinə və ya *19 99 qaynar xəttinə müraciət etmək lazımdır.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 8 saat əvvəl
- 11 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
14 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
14 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
14 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
14 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib


























