Azərbaycana ən çox avtobus Türkiyədən idxal olunub
Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycana ümumi dəyəri 7,76 mln. ABŞ dolları təşkil edən 76 ədəd avtobus idxal edib.
Dövlət Statistika Komitəsinin təqdim etdiyi göstəricilərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 29,9% çoxdur, miqdar ifadəsində isə 25 ədəd və ya 24,8% azdır.
Ölkəyə daxili yanma mühərriklə (dizel və ya yarımdizel) yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən 231,75 min dollar dəyərində 8 avtobus gətirilib. Bu növ avtobusların hamısı Türkiyədən idxal olunub.
Ümumiyyətlə, Azərbaycana ən çox avtobus Türkiyədən idxal olunub. Hesabat dövründə Azərbaycan bu ölkədən 6,98 mln. dollar dəyərində 50 ədəd avtobus idxal edib. İdxalda ikinci ən yüksək paya Rusiya sahib olub. Bu ölkədən Azərbaycana 232,28 min dollar dəyərində 11 ədəd avtobus ixrac olunub.
Bundan əlavə, Koreya və Almaniya da Azərbaycana əsas avtobus ixracatçılarının siyahısında yer alır. Sözügedən ölkələr hesabat dövründə Azərbaycana müvafiq olaraq 433,3 min dollar dəyərində 10 ədəd və 107,32 min dollar dəyərində 5 ədəd avtobus ixrac edib.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
31 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 34 d. əvvəl
-
-
39 d. əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
44 d. əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
5 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
AccessBank-da kart əməliyyatları bərpa olundu
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb






























