Neftdə ilkin razılaşma
Neft hasil edən ölkələr hasilatın azaldılması barədə Vyana anlaşmasının müddətinin uzadılmasına ilkin razılıq verib. "RİA Novosti"bildirir ki, bunu Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən neft konfransında Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih bəyan edib.
Nazir bildirib ki, bütün ölkələr iştirak etməsə də, neft hasilatının azaldılması anlaşmasını uzadılmasına dair ilkin razılıq əldə olunub. Qeyd edək ki, 2016-cı il noyabrın 30-da neft hasil edən ölkələr neft bazarında sabitliyin əldə olunması üçün hasilatın ilin əvvəlindən başlayaraq 6 ay müddətinə azaldılmasını qərarı alıb.
Xalid əl-Falih həmçinin qeyd edib ki, anlaşmanın uzadılması müddəti önəmli deyil, əsas məqsəd bazarda balansı təmin etməkdir: "Bu, 6, 9 və ya 12 ay olacaq, fərqi yoxdur. Əsas, məqsədə nail olmaqdır".
Nazir əlavə edib ki, ilk 3 ay müddətində iştirakçı ölkələr anlaşmanın şərtlərinə əsasən yaxşı əməl edib: "Lakin biz hədəfimizə nail ola bilməmişik. Qarşıda daha vacib mərhələ gəlir".
© Report
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 49 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Müasir marketinq: səs-küydən mənaya doğru
Suraxanının İcra başçısına töhmət verilib
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İqtisadiyyat naziri özünə yeni müşavir təyin edib





















