Azərbaycanın supermarket şəbəkəsi Qazaxıstan bazarına daxil olur
Azərbaycan supermarket şəbəkəsi “Grandmart” Qazaxıstan bazarına daxil olur. Yaxın zamanda şəbəkənin Qazaxıstanın Aktau şəhərində 3000 kv. metrlik filialının açılışı olacaq.
Marja “Grandmart” şəbəkəsinin yaydığı məlumata istinadən xəbər verir ki, yerli bazarda fəaliyyətini uğurla davam etdirən “Grandmart” şəbəkəsi Azərbaycan məhsullarının xarici ölkə bazarlarında layiqincə təmsil olunması və Azərbaycan brendinin qlobal markaya çevrilməsi yolunda ilk addımlarını atır. Belə ki, yaxın zamanlarda “Grandmart” şəbəkəsi Qazaxıstanın Aktau şəhərində 3000 kv. metrlik filialının açılışı ilə pərakəndə markalarının yalnız ölkə daxilində deyil, ölkə sərhədlərindən kənarda da fəaliyyət göstərməsinə və Azərbaycan adının tanınmasına stimul olacaqdır.
Bu əlamətdar hadisə yalnız “Grandmart” supermarketlər şəbəkəsinin deyil, ümumən Azərbaycan pərakəndə sahəsinin uğurudur.
Layihənin həyata keçirilməsində əvəzsiz rol oynayanlar isə “Grandmart” şəbəkəsinin rəhbərləri Eşqin İsmayıllı və Turan Özbahcecidir.
Eşqin İsmayıllı – “Megastore” supermarketlər şəbəkəsinin qurucusu, eyni zamanda B2B və B2C sahəsində öncül layihələrdən sayılan “Bakumart Supply” şirkətinin təsisçisidir.
Turan Özbahceci – Türkiyəli iş adamı 2012-ci ildə Trakya bölgəsində olan 51 marketdən 21-nin İngiltərənin ən güclü pərakəndə qrupu olan “Tesco-Kipaya” satışını həyata keçirib, 2011-ci ildən “Araz” supermarketlər şəbəkəsinin qurucu ortağı və CEO-su olub, 2015-ci ildə isə Qafqazın ən böyük gurme və VİP mağazası olan Port Baku Bazarın açılışını reallaşdırıb.
Pərakəndə bazarının iki aparıcı lideri Eşqin İsmayıllı və Turan Özbahceci eyni layihədə bir araya gələrək Azərbaycan pərakəndə bazarının inkişafı üçün “Grandmart”, “Bolmart” və “Baqqal” layihələrində böyük uğurlara imza atıblar. “Bolmart” şəbəkəsi üzrə yalnız Bakı şəhərində deyil, respublikanın bir çox regionlarında müştərilərin tələbatlarının qarşılanması və bazarın yüksək səviyyədə təmin edilməsi ilə peşəkarlıq səviyyəsini genişləndirməyə nail olub. Bundan başqa “Grandmart” şəbəkəsinin “Səbət”, “Fresco”, “Avromart” marketlərini satınalması və həmin marketlərin rebrendinq edilərək Bakı şəhəri üzrə 32 filialda üstün xidmət anlayışı ilə “Grandmart” adı altında yenidən bazara təqdim edilməsi pərakəndə sektoruna yeni nəfəs gətirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 saat əvvəl
-
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























