Standartlaşdırma, metrologiya və patentdə publik hüquqi şəxslər - QEYDİYYATA ALINDILAR
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin Qərarı ilə “Azərbaycan Standartlaşdırma İnstitutu”, “Azərbaycan Metrologiya İnstitutu”, “Azərbaycan Akkreditasiya Mərkəzi”, “Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxsləri təsis edilib və Nizamnamələri təsdiq edilib. Təsis edilmiş publik hüquqi şəxslərin Nizamnamələri 17 aprel 2017-ci il tarixində Azərbaycan Respublikasının Vergilər Nazirliyində qeydiyyata alınıb.
Həmçinin komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti, Dövlət Akkreditasiya Xidməti, Dövlət Metrologiya Xidməti, komitənin tabeliyində olan Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu və “Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzinin” (AzPatent) ləğv edilməsi məqsədilə Ləğvetmə Komissiyaları yaradılıb. Ləğvetmə Komissiyalarına ləğvetmə prosesini qanunvericiliyin tələblərinə uyğun həyata keçirərək iki ay müddətində başa çatdırılması tapşırılıb.
“Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 1234 nömrəli Fərmanına əsasən “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsi və “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsi milli standartlaşdırma qurumu və milli akkreditasiya qurumu kimi beynəlxalq təşkilatlara üzvlük və akkreditasiya nəticələrinin qarşılıqlı tanınması üçün beynəlxalq müqavilələr bağlanmasının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi birlikdə müvafiq işlərə başlayıb.
“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsi Azərbaycan Respublikasının milli standartlaşdırma qurumudur və onun əsas fəaliyyət istiqamətləri milli standartların hazırlanmasından, tətbiqindən, bu sahədə beynəlxalq təşkilatlarda təmsilçilikdən, habelə standartların tətbiqi ilə bağlı əlaqəli xidmətlərin həyata keçirilməsindən ibarətdir. İnstitut texniki tənzimləmə, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahəsi üzrə vahid dövlət siyasətinin formalaşdırılması, həyata keçirilməsi və sahənin inkişafının təmin edilməsi üçün təkliflər verir.
“Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsi akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsini təmin edir, uyğunluğun qiymətləndirilməsi (təsdiqi) qurumlarının akkreditasiyasını həyata keçirir, uyğunluğun qiymətləndirilməsi (təsdiqi) qurumlarının akkreditasiyası sahəsində beynəlxalq təşkilatlarda təmsilçiliyin həyata keçirilməsini təmin edir.
“Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsi ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində fundamental, tətbiqi, elmi, eksperimental işlərin aparılması, bu sahədə elmi-texniki fəaliyyətin aparılması, istiqamətləndirilmiş proqramların yaradılması və tətbiq edilməsi, dövlət büdcəsi vəsaiti hesabına dövlət kəmiyyət vahidi etalonlarının əldə olunması (və yaxud yaradılması) qorunub saxlanılması, tutuşdurulması, ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində normativ sənədlərin yaradılması üzrə işlərin aparılması, Azərbaycan Respublikasının normativ hüquqi aktlarının layıhəsində göstərilən ölçmələrə, standart nümunələrə və ölçmə vasitələrinə qoyulan tələblərin metroloji ekspertizasının aparılması işlərini həyata keçirəcək. Həmçinin metrologiya üzrə dövlətlərarası, regional və beynəlxalq elmi-texniki əməkdaşlıqda iştirak etmək, bu təşkilatlarda iş aparmaq və özünü təqdim etmək, regional və beynəlxalq metrologiya təşkilatları çərçivəsində milli etalonların tutuşdurulmasında iştirak etmək, laboratoriyalararası tutuşdurmalarda iştirak etmək, istehsalatın metroloji təminatında, alqı-satqı əməliyyatlarında və digər təsərrüfat sahələrində sahibkarlara elmi-metodiki köməklik göstərilməsi, təsərrüfat subyektləri ilə bağlanmış muqavilə əsasında ölçmə vasitələrinin muqayisəli yoxlanılması və kalibrlənməsinin həyata keçirilməsi və müvafiq sertifikatın verilməsi, ölçmə vasitələrinin verilmiş tipə uyğunluğunun təsdiq edilməsi məqsədilə sınaqların keçirilməsi, ölkəyə idxal olunan ölçmə vasitələrinin tipə uyğunluğun təsdiqinin tanınması məqsədi ilə təqdim olunan sənədlərin metroloji ekspertizasının keçirilməsi, ölçmə vasitələrinin və standart nümunələrin dövlət reyestrinin aparılması, inşaat materiallarının, ərzaq və qeyri-ərzaq məhsullarının radionuklid tərkibinin təyin edilməsi məqsədi ilə spektrometrik analizlərin aparılması, ölçmələrin vəhdətinin təmin edilməsi üzrə məlumat fondunun yaradılması, həmçinin ora daxil olan sənədlərin və məlumatların təqdim edilməsi, milli etalon bazasının təkmilləşdirilməsi və inkişaf etdirilməsi, ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsində iştirak etmək İnstitutun fəaliyyət istiqamətlərinə aiddir.
“Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxsi qanunvericiliklə müəyyən edilmiş qaydada ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilər barəsində daxil olmuş iddia sənədlərinin ekspertizasını, onların qeydiyyatını, reyestrini və müvafiq sahədə qanunvericiliyə uyğun müqavilələrin qeydiyyatını aparır, müvafiq mühafizə sənədləri və şəhadətnamələr verir, qanunvericiliyə uyğun müvafiq məlumatların dərcini həyata keçirir, patent müvəkkillərinin attestasiyasını, qeydiyyatını aparır, ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilərin hüquqi mühafizəsindən irəli gələn digər məsələləri qanunvericiliyə uyğun olaraq həyata keçirir.
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
ABB İnvest-dən USD ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları artıq ABB mobile tətbiqində
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 17 saat sonra
- 45 d. əvvəl
-
2 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
-
3 saat əvvəl
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
SOCAR Türkiyədə elektrik stansiyası satın alımasının səbəbini açıqlayıb
- 4 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
Ən çox oxunanlar
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Saloğlu Qarabağ” şirkətinin istehsal müəssisəsinin təməli qoyuldu





















