Beynəlxalq Banka Pərakəndə və Rəqəmsal bankçılıq üzrə baş mütəxəssis tələb olunur
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Tranformasiya Ofisi Pərakəndə və Rəqəmsal bankçılıq üzrə baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
-Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
-Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
-Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
-Yüksək komanda ruhunda əməkdaşlıq;
-Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
-Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
-Əməkdaşlar üçün yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
-Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
Bankdaxili aktiv sosial həyat
Görəcəyiniz işlər:
-Pərakəndə və Rəqəmsal bankçılıq üzrə strateji təşəbbüslərin həyata keçirilməsi məqsədilə müvafiq struktur bölmələrə koordinasiya, təcrübə, ideya və məzmün dəstəyi vermək;
-Təşəbbüslərin həyata keçirilməsi zamanı üzə çıxan baryerləri müəyyən etmək və onların aradan qaldırılmasını təmin etmək;
-Zərurət olduqda, müəyyən təşəbbüslərin həyata keçirilməsi məqsədilə məsləhətçilərin dəvət edilməsini təmin etmək;
-Xüsusi hallarda müəyyən təşəbbüslər üzrə sahibliyi müvafiq struktur bölmələri ilə razılaşdırılmış halda öz üzərinə götürmək, belə təşəbbüslərin icrasına görə məsuliyyət daşımaq;
-Təşəbbüslərin vaxtında və keyfiyyətlə icrasına nəzarət etmək, təşəbbüslərə sahiblik edən və dəstəkləyici struktur bölmələrindən onların icrasına mane olan səbəblər, həmin səbəblərin aradan qaldırılması istiqamətində planlaşdırılan və atılmış addımlar barədə məlumat almaq;
-Transformasiya proqramının Pərakəndə və Rəqəmsal bankçılıq istiqaməti üzrə ümumi inkişaf gedişatına dair hesabatlar hazırlamaq və kommunikasiyasını həyata keçirmək
Bizim üçün ideal namizəd:
-İqtisadiyyat və bənzər istiqamət üzrə ali təhsili olan;
-Məhsulların yaradılması, Satışlar və ya Elektron bankçılıq istiqaməti üzrə ən azı 3 il iş təcrübəsi olan;
-İngilis və Rus dillərində yaxşı səviyyədə ünsiyyət və yazı bacarıqları olan;
-Yüksək motivasiya və əla kommunikasiya bacarıqları olan;
-Yüksək səviyyədə MS Office proqramlarında işləmə bacarığı olan bir şəxsdir
Axtardığımız namizəd Sizsinizsə, CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur (məktubun mövzusu: "TO Pərakəndə və Rəqəmsal Bankçılıq üzrə baş mütəxəssis")
Məktubun mövzu hissəsində müraciət edilən müvafiq vəzifə adının göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Əlavə məlumat üçün: www.ibar.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
11 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)





