11 nömrə “BakuBus”ın ixtiyarında
11 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları artıq “BakuBus” avtobusları ilə həyata keçirilir. Bu isə gündəlik daha 30 min nəfərə yaxın sərnişinə keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətinin göstərilməsi deməkdir.
"Marja" Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir ki, ekoloji baxımdan təmiz Avro 6 standartlarına cavab verən “BakuBus” avtobusları eyni zamanda fiziki imkanları məhdud sərnişinlər üçün əlçatandır.
Dəyişikliklə əlaqədar marşrut xətti boyunca təhlillər aparılıb və əlavə olaraq 6 yeni dayanacaq məntəqəsi təşkil edilib.
Bu gün həmçinin 11 nömrəli marşrut xəttinin də keçdiyi avtobus dayanacaq məntəqəsində sərnişinlərə qoruyucu tibbi maskalar və maarifləndirici flayerlər paylanılıb. Nəqliyyat könüllüləri sərnişinlərə koronavirus infeksiyasına dair metodiki göstərişlərə riayət olunmasının, o cümlədən də maskadan istifadənin zəruriliyini izah ediblər.
Qeyd edək ki, sərnişinlərə maska və flayerlərin paylanılması aksiyası mayın 19-dan başlayıb və qarşıdakı günlərdə də davam edəcək. Ümumilikdə 100 min ədəd maskanın paylanılması nəzərdə tutulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 d. əvvəl
-
55 d. əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 56 d. əvvəl
-
-
1 saat əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
1 saat əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
1 saat əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb
























