Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı - NÖVBƏTİ ÖLÜM
Son 24 saatda Azərbaycan Respublikasında 97 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 30 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Marja-ya Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, arterial hipertenziya, şəkərli diabet, xronik böyrək çatışmazlığı olan 1949-cu il təvəllüdlü vətəndaş vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 2519 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1650 nəfər müalicə olunaraq sağalıb, 32 nəfər vəfat edib, 837 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 33 nəfərin vəziyyəti ağır, 40 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 193.411 test aparılıb.
Xatırladaq ki, 8 Apreldə 105 yoluxma, 9 Apreldə 104 yoluxma, 10 Apreldə 65 yoluxma, 11 Apreldə 67 yoluxma, 12 apreldə 40 yoluxma, 13 Apreldə 50 yoluxma, 14 apreldə isə 49 yoluxma, 15 apreldə 56 yoluxma, 16 apreldə 30 yoluxma, 17 apreldə 57 yoluxma, 18 apreldə 33 yoluxma, 19 apreldə 25 yoluxma, 20 apreldə 38 yoluxma, 21 apreldə 44 yoluxma, 22 apreldə 38 yoluxma, 23 apreldə 30 yoluxma, 24 apreldə 44 yoluxma, 25 apreldə 25 yoluxama, 26 apreldə 28 yoluxma, 27 apreldə 33 yoluxma, 28 apreldə isə 39 yoluxma, 29 apreldə 49 yoluxma, 30 apreldə 38 yoluxma, 1 mayda 50 yoluxma, 2 mayda 40 yoluxma, 3 mayda 46 yoluxma, 4 mayda 52 yoluxma, 5 mayda 76 yoluxma, 6 mayda 67 yoluxma, 7 mayda 77 yoluxma, 8 Mayda isə 75 yoluxma, 9 mayda 143 yoluxma faktı (24 saatda ən yüksək fakt) qeydə alındığı açıqlanmışdı.
Müştərilərin xəbərləri
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
-
30 d. əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
1 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
1 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
-
1 saat əvvəl
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib
-
2 saat əvvəl
AFB Bank-dan dövlət qulluqçularına özəl güzəştli nağd kredit kampaniyası
- 2 saat əvvəl
-
2 saat əvvəl
Unibank “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026“nın rəsmi tərəfdaşı olub
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı aparıb - "İqtisadi əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəldik"
Zeynal Nağdəliyev fermerin sığorta şirkəti ilə bağlı şikayətinin araşdırılmasını tapşırıb


























