“AFB Bank” bu göstərici üzrə 1-ci yerdədir
Ölkənin aparıcı banklarından olan “AFB Bank” ASC kredit portfelinin artım dinamikasına görə 2020-ci ilin 1-ci rübündə banklar arasında 1-ci yerdə qərarlaşıb.
Bankdan Marja-ya daxil oumatda bildirilir ki, 1 Aprel tarixinə "AFB Bank"ın kredit portfeli 439,1 milyon manat olmuşdur. Ötən ilin eyni rübü üzrə kredit portfeli 206,9 milyon manat idi. Bankın kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox artmışdır. O cümlədən biznes kreditləri 67 milyon 741 min manat və ya 23,2% artaraq 359 milyon 56 min manata çatıb. 31 Mart 2020-ci il tarixində AFB Bank 577 milyon 458 min manat cəmi aktivlərə malik olub. Ötən ilin sonunda Bankın aktivləri 574 milyon 706 min manat təşkil etmişdi. Ötən ilin sonu ilə müqayisədə ilk rübdə AFB Bankda depozitlər 1 milyon 942 min manat artaraq 381,4 milyon manata çatıb. 31 Mart 2020-ci il tarixində AFB Bank 81 milyon 882 min manat məcmu kapitala malik olub.
Hesabat dövrü ərzində Bankın mənfəəti də artıb. Belə ki, Bank bu ilin I rübünü 2,553 milyon manat mənfəətlə başa vurub. Bu rübün mənfəəti ötən ilin eyni dövrünün mənfəətindən 23 dəfə çoxdur.
Yanvar-mart aylarında "AFB Bank"ın gəlirləri 9,566 milyon manat (illik müqayisədə 1,2% az), xərcləri 4,906 milyon manat (9,9% az), xüsusi ehtiyatlara ayırmaları isə 2,107 milyon manat (49% az) təşkil edib.
Məlumat üçün bildiririk ki, “AFB Bank” ASC-nin Fitch reytinqi B-dir və ölkə bankları arasında ən yüksək reytinqə malik 5 bankdan biridir.
Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan "AFB Bank" ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz



























