“AccessBank” fermerlərə mikrokredit verən ilk bank oldu
Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə tərəfdaşlığın nəticəsi olaraq, “AccessBank”ın da müştəriləri dövlətin aqrar sahəyə verdiyi girovsuz güzəştli mikrokreditlərdən faydalana bilərlər. Güzəştli mikrokreditlərdən ilk faydalananlar bankın Bərdə filialının müştəriləri olub. Bu gün onlar “AccessBank”dan kreditlərini əldə edərək, təsərrüfatlarının inkişafı üçün zəmin əldə ediblər.
Azərbaycan Respublikası Prezidentinin 8 aprel tarixli fərmanı ilə aqrar sahənin maliyyələşdirilməsində yeni mərhələ başlayıb. Fərmanla Aqrar Kredit və İnkişaf Agentliyininin səlahiyyətləri artırılıb. Bu Fərman fermerlərə bağçılıq, əkinçilik, heyvandarlıq və digər ailə-fermer təsərrüfatlarının yaradılması və genişləndirilməsi üçün 15 min manatadək girovsuz mikrokredit vermək imkanı yaradır.
“AccessBank”ın İdarə Heyətinin Sədri Anar Həsənov bildirib:”“AccessBank” ilbəil kənd təsərrüfatındakı biznesləri planlı şəkildə dəstəkləyir. Hər ay bank tərəfindən verilən kreditlərin 50%-dən çoxu kənd təsərrüfatı ilə məşğul olan bizneslərə verilir. Təkcə son bir il ərzində bank tərəfindən 120 milyon manat məbləğində 35 min mikro kredit verilib. Bu gün kənd təsərrüfatına dəstəyimizi AKİA ilə əməkdaşlıq sayəsində daha da genişləndiririk.”
AKİA Sədri Mirzə Əliyev bildirib:”Biz əminik ki, bu layihə kənd təsərrüfatı sahəsində kiçik sahibkarların artmasına, kiçik fermer təsərrüfatlarının möhkəmlənməsinə səbəb olacaq.”
Fermerlər aqro kreditlərdən yararlanmaq üçün “AccessBank”ın 151 Məlumat Mərkəzi ilə əlaqə saxlaya və ya bankın filiallarına yaxınlaşa bilərlər.
“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik bizneslərə xidmət göstərir. Bankın 15-i Bakıda, 13-ü regionlarda olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına daxil olmaq olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























