IATA: Hava yolu şirkətlərinin gəlirləri 113 milyard dollaradək azala bilər
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA), koronavirus epidemiyası ilə əlaqədar olaraq hava yolu şirkətlərinin gəlirlərinin bu il 63 - 113 milyard dollar civarında azala biləcəyini açıqlayıb.
Marja xəbər verir ki, açıqlamada, epidemiyanın bu şirkətlərin yük əməliyyatları üzərindəki təsirinə dair bir təxminin hələ mövcud olmadığı qeyd edilib.
Vrusun 80-dən çox ölkəyə yayıldığı və Çin xaricindəki istiqamətlərə gələcək aylardakı rezervasiyaların ciddi şəkildə mənfi təsir etdiyi vurğulanıb.
Maliyyə bazarlarının virusun iqtisadi təsirinə güclü reaksiya verdiyi qeyd edilən açıqlamada, "Koronavirus epidemiyasının başlanğıcından bu yana hava yolu şirkətlərinin səhm qiymətləri təxminən 25% düşüb. Bu eniş, 2003 SARS epidemiyasındakı enişdən 21 bənd daha yüksək olaraq reallaşdı" ifadələri istifadə edilib.
Açıqlamada, IATA-in bir ssenarisinə görə, gəlirlərdəki ən çox itkinin təxminən 50 milyard dollar ilə Avstraliya, Çin, Yaponiya, Malayziya, Sinqapur, Cənubi Koreya, Tayland və Vyetnam bazarında görüləcəyi qeyd edilib.
Müştərilərin xəbərləri
İrihəcmli sığorta ödənişi - "PAŞA Həyat" əmək qabiliyyətini itirmiş şəxsə 83 min manatdan çox sığorta ödənişi etdi
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
1 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 gün sonra
-
-
4 saat əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
- 8 saat əvvəl
-
8 saat əvvəl
Tesla-nın satışları gözləntiləri əhəmiyyətli dərəcədə üstələyib
-
9 saat əvvəl
Turistlər Azərbaycanda xərcləməni kəskin azaltdı – 5 ayda 281 milyon manatlıq geriləmə
-
9 saat əvvəl
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Tesla-nın satışları gözləntiləri əhəmiyyətli dərəcədə üstələyib
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib
Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb
Ən çox oxunanlar
ABŞ-da iş yerlərinin yaradılması kəskin şəkildə yavaşlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
BTC üzrə operatorluq SOCAR-a təhvil verildi
“Azərxalça”da 25 milyon manata yaxın zərər yığılıb - Şirkət yenə zərərdən çıxa bilməyib
Bakı Fond Birjasında böyük zərər: gəlir artıb, nəticə pisləşib
Azərbaycana Avropadan turist axını 8 % artıb



















