Bakı Fond Birjasında bir ilk
Bakı Fond Birjasında ilk dəfə səhm üzrə repo əməliyyatları həyata keçirilib
“Bakı Fond Birjası” QSC-nin (Birja) ticarət platformasında ilk dəfə olaraq səhmlərlə repo əqdləri bağlanıb.
Bakı Fond Birjasından “Marja”ya daxil olmuş məlumata görə, 26.02.2020-ci il tarixində “AzFinance İnvestisiya Şirkəti” QSC-nin vasitəçiliyi ilə iki emitentə məxsus səhm üzrə repo əməliyyatı keçirilib.
Məlumatda qeyd edilib ki, kapital bazarları iştirakçıları tərəfindən qısamüddətli vəsait cəlbində səhmlərdən də aktiv istifadə olunmağa başlanıb.
"Qeyd edilməlidir ki, indiyədək repo əməliyyatların predmeti əsasən dövlət və korporativ istiqrazlar olmuşdur. Ümumilikdə son illərdə repo əməliyyatlarında əhəmiyyətli artım tempi müşahidə olunmuşdur. Belə ki, 2018-ci ildə Birjada repo əməliyyatların həcmi 612 milyon manat olmuş, 2019-cu ildə isə dövriyyə 83% artaraq 1,1 milyard manatı ötmüşdür".
Repo əməliyyatı – repo predmeti olan investisiya qiymətli kağızlarının əvvəlcədən müəyyən edilmiş şərtlərlə geri satın alınması (satılması) öhdəliyi ilə satılmasıdır (alınmasıdır). Repo əməliyyatları investorlar üçün qısamüddətli borc cəlb etmə imkanları təqdim edir. Bazar iştirakçıları Birjanın ticarət platformasında repo əqdləri bağlayaraq qısamüddətli maliyyə ehtiyaclarını təmin edə bilərlər.
Hazırda Birjada 23 alətlə repo aparmaq mümkündür. Repo predmeti olan qiymətli kağızların siyahısı aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
30 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq



























