Bank sədri: “Əmanətlərin tam sığortalanması modelindən uzaqlaşmaq vaxtıdır”
“AccessBank”ın İdarə Heyətinin sədri Anar Həsənov hesab edir ki, əmanətlərin tam sığortalanması üzrə müddətin artırılmasına ehtiyac yoxdur, artıq müəyyən limitlərin qoyulması məqsədəuyğun olar.
Marja xəbər verir ki, Anar Həsənov, “Bu ilin mart ayında əmanətlərin tam sığortalanması müddəti başa çatır. Necə düşünürsünüz, bu modeli saxlamaq zəruridirmi? Yoxsa, köhnə modelə qayıtmaq, yaxud əksinə, yeni bir model işləyib hazırlamaq vaxtıdır?” sualına belə cavab verib:
“Mənim sırf şəxsi fikrim bundan ibarətdir ki, əmanətlərin tam sığortalanması modelindən artıq uzaqlaşmaq vaxtıdır. Çünki biz tez-tez belə bir halla rastlaşırıq ki, prinsipcə, bankın seçilməsində həlledici rol oynamalı olan bank fəaliyyətinin effektiv modeli, səhmdarların strukturu, rahat xidmət və s. bu kimi amillər müştəri üçün böyük əhəmiyyət kəsb etmir.
Müştəri hesab edir ki, istənilən halda, bütün vəsaitlər sığortalanıb və dövlət hər bir halda bu vəsaitləri qaytaracaq, buna görə də bank seçərkən yalnız əmanət məhsulunun yüksək qiymətinə əsaslanır. Düşünürəm ki, faiz dərəcəsinin daha da azaldılması və sığortalanmış maksimal məbləğin həcminə məhdudiyyət qoyulması düzgün addım olardı.
Bu nöqteyi-nəzərdən, müəyyən limitlərin qoyulması bankların özlərinə həm biznesdə, həm də öz üzərinə müəyyən risklər götürərkən daha məsuliyyətli olmasına və beləliklə də, onların daha rəqabətli olmasına kömək edə bilər. Məbləğin tam həcmdə kompensasiya edilməsi ilə əlaqədar devalvasiyadan sonra qəbul olunan qərarı mən, əhaliyə bank sisteminin dövlət tərəfindən dəstəklənməsinə zəmanət vermək üçün hökumətin icra etdiyi özünəməxsus sosial layihə adlandırardım”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 59 d. əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib



























