Türkiyədə daşınmaz əmlak almaq üçün yeni maliyyə aləti tətbiq edilib
Turkiyənin maliyyə bazarları ilə əmlak şirkətlərinin birgə əməkdaşlığı nəticəsində ölkədə yeni maliyyə alətinin tətbiqinə başlanılıb.
Bu barədə Azərbaycanın “Kapital Menecment" investisiya şirkətinin analitiki Cəfər İbrahimli məlumat verib.
Onun sözlərinə görə, Türkiyənin Baş Nazirliyinə bağlı olan “TOKİ” dövlət inşaat şirkəti daşınmaz əmlak sertifikatları emissiya edərək onları kütləvi təklif üsulu ilə İstanbul birjasında (“Borsa İstanbul” – “Bakı Fond Borjası” QSC-nin 4,76%-lik səhmdarıdır) yerləşdirib. Şirkət bundan sonra inşa edəcəyi binalarının xərcinin 27%-ni bu sertifikatlar vasitəsilə maliyyələşdirmək niyyətindədir.
C.İbrahimli bildirib ki, bu, investorlar üçün bir sıra imkanlar yaradır. Belə ki, Türkiyədə daşınmaz əmlaka investisiya etmək istəyən istənilən yerli və xarici investorlar, o cümlədən Azərbaycan vətəndaşları hər birinin nominal dəyəri 42,5 türk lirəsi (19,41 manat) olan bu qiymətli kağızları alaraq İstanbulun daşınmaz əmlak bazarına pay sahibi ola bilər. Hazırda 1 kv. metr mənzil sahəsinin qiyməti cari məzənnə ilə 1 150 ABŞ dolları (təxminən 4 250 lirə) edir ki, bu da ona sahib olmaq üçün 100 sertifikatın alınmasını zəruri edir. “TOKİ” inşa etdiyi binaların 27%-ni məhz bui yolla satır.
İnvestor təxminən 3 ildən sonra malik olduğu sertifikat qədər daşınmaz əmlaka sahib ola və yaxud istədiyi vaxt birjada payını sataraq ortaqlıqdan geri çəkilə bilər. Burada əsas diqqət yetirilməli olan məsələ isə odur ki, sertifikatların bu gün müəyyən edilmiş ilkin satış qiyməti bina hazır olana qədər artmaqda davam edəcək. Çünki, binanın təhvil verilmə vaxtı yaxınlaşdıqca mənzillər bahalaşır. Yəni, sertifikat sahibləri istənilən halda qiymət fərqindən qazanacaqlar.
Bu imkandan istifadə etmək istəyən azərbaycanlı investorlar İstanbul birjasına çıxış imkanı olan “Kapital Menecment” investisiya şirkəti ilə müqavilə bağlaya bilərlər.
©
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 16 saat sonra
-
- 31 d. əvvəl
-
46 d. əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 52 d. əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
2 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Azad edilmiş ərazilərə ümumi investisiyaların həcmi 17 milyard dolları yaxındır"
-
2 saat əvvəl
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
-
4 saat əvvəl
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycan vətəndaşları 5 ayda Türkiyədə 316 ev alıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Ən çox oxunanlar
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb
Dövlət büdcəsində 3 milyard manata yaxın profisit yaranıb
Azərbaycanda minik avtomobillərinin istehsalı 18,3% azalıb, avtobus istehsalı isə 4,3 dəfə artıb
İyunun 19-da gözlənilən hava şəraiti























