Beynəlxalq Bank fərqli ödəniş vasitəsini təqdim etdi - BAZARDA BİR İLK
Azərbaycan Beynəlxalq Bankı Visa ilə birlikdə ödəniş üzükləri məhsulunu təqdim edib. Məhsulun satışına martdan başlanacaq.
“Marja”nın məlumatına görə, yeni məhsulu Bakıda keçirilən “Visa Cashless Forum”da Bankın əməkdaşı Əfqan Abbasov təqdim edib.
Əfqan Abbasov bildirib ki, ödəniş üzlükləri rahat ödəniş deməkdir və təmassız ödəniş vərdişinin artırılması üçün mühüm əhəmiyyət kəsb edir. Bu üzük vasitəsilə POS-terminalda 1 saniyə ərzində ödəniş etmək mümkündür.
Ödəniş üzüyü keramika materialdan hazırlanır. Batareya və enerji yığmasına ehtiyac yoxdur, zərbəyə, suya davamlıdır. Fərqli ödəniş vasitəsi olan ödəniş üzüklərinin daxilində təmassız ödənişlərin qəbulu üçün qəbuledici və çip mövcuddur.
Üzük yalnız ödəniş üçün nəzərdə tutulmayıb. Bu üzükləri avtomobilinizə, mənzilinizə, kompüterinizə daxil olmaq üçün açar kimi də istifadə edə biləcəksiniz.
Gələcəkdə üzük vasitəsilə Beynəlxalq Bankın ATM-lərdən pul çıxarmaq da mümkün olacaq.
Qeyd edək ki, Visa-nın məhsullarından biri də "ağıllı üzük"dür. Yaxın əlaqə texnologiyası (NFC) ilə çalışan "ağıllı üzük" lə POS-terminallarda ödəniş etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























