Bankların Mərkəzi Banka borcu 166.5 milyon manat artıb
8 dəfə uçot faiz dərəcəsinin aşağı salındığı 2019-cu ildə Mərkəzi Bankın banklara ayırdığı vəsait 58.6 milyon manat azalıb.
“Marja” Mərkəzi Banka istinadən xəbər verir ki, 31 Dekabr 2019-cu il tarixində Mərkəzi Bankın banklara qarşı tələbləri 326.1 milyon manat təşkil edib. Bu rəqəm 2018-ci ilin sonunda 384.7 milyon manat idi.
Bank sektorunun Mərkəzi Bankdan cəlb etdiyi vəsait cəmi kreditlərin (14 milyard 901 milyon manat) təxminən 2%-nə bərabərdir.
Diqqəti cəlb edən 2019-cu ilin 4-cü rübündə bankların Mərkəzi Bankdan borclanmanı artırmalarıdır. 31 Oktyabr 2019-cu il tarixində Mərkəzi Bankın banklara qarşı tələbləri 159.6 milyon manata düşmüşdü. Ötən ilin son 2 ayında tələblər 166.5 milyon manat artaraq ilin sonunda 326.1 milyon manata çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 9 saat əvvəl
-
-
9 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
12 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir












.jpg)













