Məhkəmə Cahangir Hacıyevin cəzasını azaltdı - QƏRAR
Bakı Apelyasiya Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, sabiq deputat Dünyamin Xəlilov və İsmayıl Hidayət-zadənin barələrində olan hökmdən verilən şikayətlərə baxılıb.
Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.
Belə ki, Cahangir Hacıyevin 16 il 6 ay həbs cəzasından 3 ay azaldılıb və üzərində qəti olaraq 16 il 3 ay azadlıqdan məhrumetmə cəzası saxlanılıb. Digərlərinin isə cəzası dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Hacıyev əvvəlki cəzası toplanmaqla qəti olaraq 16 il 6 ay, sabiq deputat Dünyamin Xəlilov isə əvvəlki cəzası ilə toplanmaqla qəti olaraq 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən İsmayıl Hidayət-zadəyə isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub. Digər təqsirləndirilən şəxslər - Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimov barəsində isə şərti cəza təyin edilİB. C.Hacıyev mənimsəmə və israf etmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma və digər əməlləri törətməkdə təqsirli bilinib. Rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib. Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə, ümumilikdə, 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasına, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib. Xatırladaq ki, bundan əvvəl də C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmənin qərarı ilə İ.Hidayət-zadənin cəzası 5 ilə endirilib.
Sentyabr ayında Nizami Rayon Məhkəməsi İ.Hidayət-zadənin cəzasının qalan hissəsinin şərti hesab edilərək azadlığa buraxılması barədə qərar verib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
-
13 d. əvvəl
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
- 22 d. əvvəl
-
24 d. əvvəl
Azərbaycan alma ixracından 37 milyon dollar qazanıb - 14,6%-LİK ARTIM
- 28 d. əvvəl
-
31 d. əvvəl
5 ayda pomidor ixracı 120 milyon dollara yaxın qazanc gətirib
- 34 d. əvvəl
- 39 d. əvvəl
-
45 d. əvvəl
Qızıl ixracı nəzərə alınmasa Azərbaycanın neyri-neft-qaz ixracında artım tempi aşağıdır
-
54 d. əvvəl
Azərbaycan daha çox qaz ixrac edib, amma 489 milyon dollar az qazanıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
5 ayda pomidor ixracı 120 milyon dollara yaxın qazanc gətirib
Azərbaycan 5 ayda 354 milyon dollarlıq tərəvəz və meyvə ixrac edib - 55 milyon dollar lıq və ya 18,6%-lik artım
Ən çox oxunanlar
Qızıl ixracı nəzərə alınmasa Azərbaycanın neyri-neft-qaz ixracında artım tempi aşağıdır
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
SpaceX Amazon-dan sonra Microsoft-u da geridə qoydu

























