"Banklara əlavə kapital tələbləri qoyula bilər"
“Bu gün dünyada maliyyə bazarlarının və qlobal maliyyə texnologiyalarının, məhsul, xidmət və modellərinin sürətli dəyişməsi baş verən proseslərə çevik reaksiya tələb edir və Mərkəzi Bank genişləndirilmiş səlahiyyətləri çərçivəsində bu istiqamətdə fəaliyyətini qurur. Bank sektorunda riskəsaslı prudensial tənzimləmə metodlarından istifadə etməklə institusional islahatlar davam etdirələcək. Sistem xarakterli risklərin analizi, maliyyə sektorunun tsiklik vəziyyətinin analizi, yaxın, orta və uzunmüddətli risklər üzrə proqnozların qabaqcadan hazırlanması və baş verə biləcək risklərin, böhranların idarəedilməsi məqsədilə tədbirlərin görülməsi zəruridir ki, “sürpriz”lərlə üzləşməyək. Maliyyə institutlarına konsolidasiya edilmiş nəzarətin tətbiqi genişləndirilməlidir”.
“Marja” xəbər veri ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.
Mərkəzin icraçı direktoru əlavə edib ki, həmçinin, ölkədə kapital tələbi ilə bağlı qanunvericilik bazasının gücləndirilməsi və ayrıca hüquqi sənədin hazırlanması zəruridir: “Hansı ki, burada sistem əhəmiyyətli təşkilatlar və digər maliyyə institutları üçün kapital buferinin təyini (kontr-tsiklik bufer, sistem əhəmiyyətli risk buferi) və s. kimi məsələlər nəzərə alına bilər. Dünya bank sisteminin böhranlar dövründəki dayanıqsızlığını nəzərə alaraq, Bazel Komitəsi “Bazel 3” çərçivə sənədinə kontr-tsiklik kapital üzrə normativləri daxil etmişdir.
Ölkədə borc intizamının gücləndirilməsi, qeyri-işlək kredit əmsalının nəzarətdə saxlanılması vasitələrindən biri kimi gecikmələr borclar üzrə yeganə indikator olmamalıdır. Əvəzində banklar müntəzəm olaraq borcalanların maliyyə vəziyyətini və kredit ödəmə qabiliyyətini yoxlamaqla onların şokları absorbsiya etmə qabiliyyətinə əmin olmalıdırlar. 07 may 2018-ci il tarixindən etibarən Gürcüstanda qüvvədə olan qanunvericiliyə əsasən banklar borcalanın kredit ödəmə qabiliyyətini hərtərəfli və müfəssəl analiz etmək üzrə öhdəlik daşıyırlar və gəlirləri yoxlanılmayan borcalanlardan ibarət borc portfeli bankın tənzimləyici kapitalının 25 faizindən çox ola bilməz. Azərbaycanda xarici təcrübəyə əsasən istehlak kreditləri üzrə risklərin azaldılması məqsədilə yüksək borca xidmət əmsalları - DSTİ və LTV və əlavə kapital tələblərinin müəyyən edilməsi nəzərdən keçirilə bilər. İsraildə ayrı-ayrı sektorlar üzrə borclanmanın miqdarı üzrə də limitlər mövcuddur. İsrail və Gürcüstanın bankçılıq sektorunda öhdəliklərin milli valyuta ilə olması halında likvidliklə bağlı tələblər xarici valyutalara nisbətdə yumşaqdır. Lüksemburqda isə xarici valyuta üzrə risklərin idarəedilməsi məqsədilə bir sıra sərt tələblər müəyyən edilmişdir ki, bunlara da valyuta öhdəlikləri ilə aktivlərinin ödəmə müddəti və valyuta tipi arasındakı uyğunsuzluqlar, maliyyələşmə mənbələrinin konsentrasiyası və s. kimi məsələlərin müəyyən olunması, idarə edilməsi, nəzarəti və hesabatlılığı kimi məsələlər daxildir. Həmçinin, sistem əhəmiyyətli banklara münasibətdə bir sıra ölkələrdə əlavə kapital tələbləri qoyulur. Belə ki, bu cür təcrübələr artıq İsrail, Lüksemburq, Gürcüstan və Niderlandda tətbiq olunmuşdur. Əlbəttə, biz beynəlxalq təcrübənin dərindən öyrənilməsi və Azərbaycan şəraitinə uyğun qərarların verilməsini təmin etməliyik. Azərbaycanın dayanıqlı maliyyə-bank sektoru sürətlə dəyişən çağırışlarla ayaqlaşır”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 saat əvvəl
-
-
6 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
10 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 10 saat əvvəl
-
11 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir













.jpg)













