"Bank VTB" Mozambiki məhkəməyə verib
“Bank VTB” London məhkəməsində 2 milyard ABŞ dollarlıq kredit qalmaqalı mərkəzində olan Mozambik hökuməti və dövlət şirkətinə qarşı iddia qaldırıb.
Rusiya mətbuatının verdiyi xəbərə görə, məhkəmə sənədlərində işin ümumi kommersiya müqavilələri və razılaşmalara aid olduğu deyilir.
Bildirilir ki, “VTB Kapital”ın maraqlarını “Freshfilesd Bruchkaus Deringer” hüquq şirkəti təmsil edir.
“Reuters” agentliyinin məlumatına görə, iddianın VTB və Mozambik səlahiyyətlilərinin hazırda restrukturizasiya etməyə çalışdığı kreditlə bağlı olub-olmadığı məlum deyil.
Qeyd edək ki, 2013-cü və 2014-cü illərdə “Credit Suisse” və VTB Mozambikə tuna balıqçılığı ilə əlaqəli bir layihə – sahil təhlükəsizlik sistemlərinin alınması və balıqçılıq gəmilərinin inşası üçün gəmiqayırma sahəsinin inkişafı üçün ümumi dəyəri 2 mlrd. dollar olan kredit cəlb edilməsində kömək ediblər. Vəsait dövlət zəmanəti ilə Mozambik aktivlərin idarə edilməsi, “Ematum” və “ProIndicus” şirkətləri tərəfindən əldə edilib. Sonradan yüz milyonlarla dolların izsiz yoxa çıxdığı məlum olub.
Qeyd edək ki, “Bank VTB (Azərbaycan)” ASC-nin səhmlərin 99,9999%-i “Bank VTB”yə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 19 d. əvvəl
-
- 25 d. əvvəl
- 34 d. əvvəl
-
1 saat əvvəl
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
- 1 saat əvvəl
- 12 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
15 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
15 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib
Ən çox oxunanlar
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
Xalq Bank 2025-ci ilin yekunlarını açıqladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb





















