Zərər çəkmiş sığorta şirkətindən şikayət edir
Avtomobil sahibi Samir Qədirov “Azsığorta” şirkətindən şikayət edir.
O, “Marja”ya müraciətində bildirib ki, “Azsığorta” avtomobilinə dəymiş zərərin yarısını ödəyir, bu da onu razı edə bilməz:
“Mənim 99 RR 779 dövlət nömrə nişanlı VW avtomobilim 28 noyabr tarixində parkinqdə durduğu vaxt Audi 10 RA 271 avtomobili tərəfindən vurulmuş, nəticədə avtomobilin sol qabaq qapısı, sol arxa qanadı, sol içəri dayağı və fənəri zədə almışdır. Polis hadisəni qeydə alaraq mənə dəymiş ziyanın ödənilməsi üçün qarşı tərəfin sığortaçısı “Azsığorta” şirkətinə yönləndirmişdir.
Rəsmi servisdə zərər 980 AZN olaraq qiymətləndirilmişdir. Lakin “Azsığorta” rəhbərliyi absurd olaraq rəsmi servisin xidmətlərinin baha olması bəhanəsilə əvvəlcə vizual olaraq 350 AZN, sıradan başqa servis qiymətləndirməsindən sonra 450 AZN olaraq qiymətləndirdi. Təbii ki, razı olmadığım təqdirdə iş müstəqil ekspertə getdi və ekspert zərəri 780 AZN qiymətləndirdi. Bundan sonra sığorta agentliyi mənə 650 AZN maksimal məbləğ ödəyə biləcəyini bildirdi. Ekspertin rəyinə də məhəl qoymadı, şikayət edəcəyim təqdirdə də heç nə etməyəcəklərini bildirdilər.
İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti digər dövlət qurumlarına məsələni ötürəcəyini bildirdi. İcbari Sığorta Bürosu zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini təmin etmək üçün hüquqi şəxslərin ittifaqı kimi təsis edilib və fəaliyyət göstərir. Lakin qaynar xəttə zəngim zamanı bu məsələnin Maliyyə Bazarlarına Nəzarət Palatasının baxdığı bildirildi. Həmin qurum isə cənab Prezident tərəfindən ləğv olunub. Deməli 5 gündən sonra qüvvəyə minəcək həyat və daşınmaz əmlakın icbari sığortası ilə bağlı da qərarların qəbulu və şirkətlərə nəzarət zamanı boşluqlar olacaq. Məhz bu boşluqdan istifadə edərək sığorta təşkilatları daha çox özbaşınalıq edir və cəzasız qalacaqlarına əmindirlər. Bu məsələnin həll olunması ilə bağlı məsələnin ictimailəşdirilməsi vacibdir. Əminəm mənim məsələm kimi yüzlərlə məsələ gündəmdədi, sığorta şirkətinə düşən işlərin çoxu get-gəldə, süründürməçilikdə və insanlarının hüquqlarının tapdalanması ilə nəticələnir.
Qeyd edim ki, bu müraciətim İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, İcbari sığorta Bürosu və Ombudsman aparatına da göndərilmişdir”.
“AZSIĞORTA”DAN İDDİAYA MÜNASİBƏT
“Azsığorta” ASC iddia ilə əlaqədar “Marja”nın sorğusunu cavablandırıb:
“Daxil olan şikayətlə bağlı bildiririk ki, sözügedən hadisə nəticəsində dəymiş zərər “Azsığorta” ASC tərəfindən qanunvericiliyə uyğun qiymətləndirilmiş və “İcbari sığortalar haqqında” qanunun 20.3-cu maddəsinin tələbləri rəhbər tutularaq, yəni sığortaçının seçimi əsasında sığorta ödənişinin əmlakın təmirə yönəldilməsi yolu həyata keçirilməsi faydalanan şəxsə bildirilmişdir. (20.3. Əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir).
Bundan əlavə bildirilən müstəqil ekspert məsələsinə gəldikdə, həmin qanunun 16.2-ci maddəsinə əsasən zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Şəxsin bəhs etdiyi “müstəqil” ekspertiza isə “Azsığorta” ASC ilə razılaşdırılmadan həyata keçirilmiş və qanunun məqsədlərinə görə müstəqil ekspertizanın aparılması kimi qiymətləndirilə bilməz (16.2. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır)”.
“MÜSTƏQİL EKSPERTİZANI “AZSIĞORTA” İLƏ RAZILAŞDIRMIŞAM”
Samir Qədirov, “Azsığorta” ASC-nin müstəqil ekspertizanın razılaşdırılmadan həyata keçirildiyi barədə açıqlamasına reaksiya verib:
“Müstəqil ekspertizanı “Azsığorta” ilə razılaşdırmışam. Müstəqil ekspert “Azsığorta”nın təqdim etdiyi siyahı əsasında, şirkətin ofisində seçilib. Ekspertizaya “Azsığorta”nın aktı ilə müraciət etmişəm”.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 36 d. sonra
-
- 21 d. əvvəl
- 49 d. əvvəl
-
57 d. əvvəl
Hörmüzdən 12 milyon barreldən çox neft keçdi, qiymətlər gerilədi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp İrana 300 milyard dollarlıq ödəniş iddialarını təkzib edib
-
10 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
15 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Rəsmi məzənnələr açıqlandı
Hörmüzdən 12 milyon barreldən çox neft keçdi, qiymətlər gerilədi
ABŞ ordusu elan etdi: İranın dəniz blokadası ləğv edildi
Tramp İrana 300 milyard dollarlıq ödəniş iddialarını təkzib edib
Ən çox oxunanlar
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
Düyü idxalı 21,2% azalıb
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Azərbaycan vətəndaşları 5 ayda Türkiyədə 316 ev alıb
























