“PAŞA Həyat”ın “Təcrübəni bölüş” layihəsi uğurla davam etdirilir
Azərbaycanın ən iri sığorta şirkəti olan “PAŞA Həyat” “Təcrübəni bölüş” sosial layihəsi çərçivəsində Dövlət İqtisad Universitetində növbəti görüşünü təşkil edib.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, görüşdə “PAŞA Həyat”ın maliyyə departamentinin direktoru Əfqan Əfqanlıvə universitetin bir qrup tələbə heyəti iştirak edib.
Görüşdə Ə.Əfqanlı uğurlu iş adamı olaraq tələbələrlə öz karyera təcrübəsini bölüşərək onlara gələcək iş həyatı üçün faydalı məsləhətlər verib, eləcə də layihənin məqsədi və imkanları haqqında danışıb.
O bildirib ki,“PAŞA Həyat”ın “Təcrübəni bölüş” adlı layihəsi ölkədə fəaliyyət göstərən ali təhsil ocaqlarını əhatə edir və əsas məqsəd şirkətdə çalışan uğurlu iş adamlarının tələbələrlə öz karyera təcrübəsini bölüşərək onlara gələcək iş həyatında faydalı məsləhətlər verərək onların karyera imkanlarını daha düzgün istiqamətə yönləndirməkdən ibarətdir.
Görüşün sonunda tələbələrin sualları əsasında diskussiyalar aparılıb, real iş həyatı və maliyyə sektoru üzrə əmək bazarında olan tələblər müzakirə edilib.
Qeyd edək ki, “PAŞA Həyat”ın “Təcrübəni bölüş” adlı layihəsi çərçivəsində indiyədək 4 universitetdə görüş keçirilib. Görüşlərdə 200-dən çox tələbə bu layihənin iştirakçısı olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
14 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir




















