Repo bazarı qaydalarında dəyişikliklər edilib
“Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Starteji Yol Xəritəsi”ndə müəyyən edilmiş hədəflərə uyğun olaraq kapital bazarının inkişaf etdirilməsi, repo bazarının canlandırılması və maliyyə vasitəçilərinin iştirakının stimullaşdırılması üzrə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası, Bakı Fond Birjası (BFB) və AFBİA-nın nümayəndələrinin təklifləri əsasında “Bakı Fond Birjasında qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə ticarətin təşkili və keçirilməsi Qaydaları”na dair dəyişikliklər təsdiq edilmişdir.
Təsdiq olunan dəyişikliklər kapital bazarının inkişaf etdirilməsi, repo bazarı və marketmeyker fəaliyyətinin canlandırılması, likvidliyin artırılması və maliyyə vasitəçilərinin iştirakının stimullaşdırılması ilə bağlı məsələləri ehtiva edir. Qaydalarda qabaqcıl ölkələrin təcrübələri nəzərə alınmaqla aşağıdakı vacib dəyişikliklər öz əksini tapmışdır.
Repo bazarının stimullaşdırılması üçün dəyişikliklər:
- Repo predmeti olan korporativ qiymətli kağızların dairəsi genişləndirilmişdir. Belə ki, beynəlxalq təcrübəyə uyğun olaraq, BFB-nin əsas və standart bazar seqmentində listinqə daxil olan bütün korporativ qiymətli kağızlar repo predemti ola bilər. Habelə, yüksək reytinqli (ən azı «B-») və birjada marketmeyker tərəfindən likvidliyi təmin olunmuş digər investisiya qiymətli kağızları da repo predmeti ola bilər.
- Beynəlxalq təcrübəyə uyğunlaşdırılaraq reponun bağlanma tarixinin reponun predmeti olan qiymətli kağızların ödəniş, faiz ödənişi və ya geri satınalınmasının başlanması tarixindən ən azı beş gün əvvəl olması tələbi çıxarılmışdır. Bu repo əməliyyatlarının daha uzun müddətə bağlanmasına imkan verəcək və repo ilə maliyyələşməni təmin edəcəkdir.
- Repo predmeti olan qiymətli kağızların satıcının hesabında yox, alıcının hesabında dondurulması tələbi müəyyən edilmişdir. Bununla da, repo satıcısının müddət tamamlandıqdan sonra öhdəliyini yerinə yetirmədiyi halda repo predmeti üzrə bütün hüquqlar repo alıcısına keçdiyi üçün proses daha qısa zamanda həll olunacaqdır. Eyni zamanda, repo müddəti ərzində repo predmeti olan qiymətli kağızlar üzrə əldə edilən faiz və ya divident gəlirləri repo alıcı tərəfindən əldə ediləcəkdir.
Əlavə olaraq, yeni qaydalarda tərəfləri bir-birinə məlum olan və qabaqcadan razılaşdırılmış qiymətlə və şərtlərlə bağlanan ünvanlı satış əqdlərinin optimallaşdırılması üçün iri həcmli əqdlərin məbləği təkrar bazarda marketmeykeri olan istiqrazlar üzrə 10 milyon manatdan 1 milyon manata, digər istiqrazlar üzrə isə 5 milyon manatdan 500 min manata endirilmişdir.
Bu dəyişikliklər fond birjasında aparılan əməliyyatların beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına, repo bazarının inkişafına, birjada bağlanan əqdlərin sayının və likvidliyin artmasına, maliyyə vasitəçilərinin iştirakının stimullaşdırılmasına və birjadankənar bazarda bağlanan əməliyyatların fond birjasına gətirilməsinə dəstək ola bilər.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 7 d. əvvəl
-
-
47 d. əvvəl
Xaricdən alınan avtomobillərin sayında azalma - DƏYƏR ÜZRƏ İSƏ ARTIB BAŞ VERİB
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
2 saat əvvəl
TƏBİB Vüqar Qurbanovun İcraçı direktor vəzifəsindən azad edildiyini təsdiqləyib
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Volkswagen 2028-ci ilin sonuna qədər xərcləri 20% azaltmağı planlaşdırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Daha bir ölkə Avroya keçə bilər
İqtisadiyyat naziri özünə yeni müşavir təyin edib
Kreditlərini Unibanka gətir, 7 %-dək endirim əldə et!
AZAL Şımkent şəhərinə müntəzəm reyslərə başlayır
Yanvarda Azərbaycanın ixarcı və idxalı azalıb
Özbəkistandakı Azərbaycan kapitallı müəssisələrin sayı 368-ə çatıb
Fevralın 17-də gözlənilən hava şəraiti
AFB Bank uzunmüddətli strategiyasını açıqlayıb
"Uber" biznesini 7 Avropa ölkəsinə genişləndirir





















