Kredit kartlarının faizlərinə görə bankların – SIRALAMASI
Kredit kartı təklif edən banklar tətbiq etdikləri illik faiz dərəcələrinə görə sıralanıb.
Kredit kartları üzrə faizlər 21-36% aralığında dəyişir. Bəzi banklarda isə bu faizlər müştərinin kredit tarixçəsinə və digər şərtlərə uyğun olaraq, fərdi şəkildə müəyyən edilir.
Sıralamanı Sizə təqdim edirik:
Sıra | Bank | Faiz dərəcəsi (illik) | Kreditin maksimum limiti |
1 | Expressbank ASC/Smile Card | 21%* | 1000 |
2 | Caspian Development Bank ASC | 24% | 2000 |
3 | Azər Türk Bank ASC | 26% | Aylıq gəlirin 3 misli |
4 | Bank Avrasiya ASC | 26% | 10000 |
5 | Azərbaycan Sənaye Bankı ASC | 27% | Aylıq gəlirin 3 misli |
6 | Rabitəbank ASC | 27% | 1000 |
7 | DəmirBank ASC | 27% | 10000 |
8 | Yapı Kredi Bank Azərbaycan QSC | 28% | Aylıq gəlirin 2 misli |
9 | Expressbank ASC/Expresso | 28% | 3000 |
10 | Azərbaycan Beynəlxalq Bankı ASC | 28-30% | 5000 |
11 | Bank of Baku ASC | 29% | Aylıq gəlirin 2 misli |
12 | Bank Respublika ASC | 30% | 3000 |
13 | Kapital Bank ASC | 31 | 10000 |
14 | Bank BTB ASC | 32-36% | 5000 |
15 | Unibank KB ASC | 32% | Müştərinin ödəniş imkanlarının və öhdəliklərinin təhlilindən sonra fərdi olaraq müəyyənləşdirilir |
16 | PAŞA Bank ASC | Müştərinin ödəniş imkanlarının və öhdəliklərinin təhlilindən sonra fərdi olaraq müəyyənləşdirilir | |
-Expressbank ASC-nin “Smile Card” kredit kartında faiz birdəfəlik olaraq, 6 ay üçün 6%, 12 ay üçün 12% hesablanılır. Təqribi hesablama illik faiz dərəcəsinin 21%-ə bərabər olduğunu göstərir;
-Bank Respublika ASC-nin “Paykart” kredit kartı ilə partnyor mağazalarda alış-veri zamanı illik faiz dərəcəsi 0% tətbiq edilir.
Bəs banklar kredit kartı üçün nə qədər gəlir tələb edir?
Kredit (taksit) kartı sifariş vermək üçün bankların müştəridən tələb etdiyi minimum gəlirin miqdarı üzrə sıralamanı təqdim edirik. Bu siyahıda gəlirin növü və digər şərtlər ilə də tanış ola bilərsiniz. Əvvəldən qeyd etmək vacibdir ki, kartın verilməsi zamanı müştərinin digər kredit öhdəlikləri, həmçinin hər hansı bir kredit üçün zamin olub-olmadığı da xüsusi əhəmiyyət kəsp edir. Bu kredit məhsulu üçün bəzi banklarda zamin də tələb edilir.
Sorğu nəticəsində məlum olub ki, kommersiya banklarının demək olar ki, yarısında, yəni 15 bankda kredit kartı məhsulu təklif edilir. Tələb olunan minimum gəlir isə 100-2000 manat arasında dəyişir. Bəzi banklar yalnız əmək haqqı alan şəxslərə kredit kartı təklif etdiyi halda, digərləri fərdi sahibkarlara və təqaüdçülərə də bu imkanı təmin edir.
Ölkənin üç ən böyük bankından (Azərbaycan Beynəlalq Bankı ASC, PAŞA Bank ASC və Kapital Bank ASC) kredit kartı almaq üçün isə müştəri həmin bankın əməkhaqqı kartından maaş almalı və ya sahibkar hesabı həmin bankda olmalıdır.
Bundan əlavə bankların fərqli tələbləri də mövcuddur. Məsələn, “Bank BTB”dən kredit kartı almaq istəyən təqaüdçünün minimum gəliri 400 manat olmalıdır və s.
Ümumilikdə isə kredit kartı almaq üçün bankların tələb etdiyi minimum gəlir səviyyəsi və əlavə şərtlər aşağıdakı cədvəldə əks etdirilmişdir:
Sıra | Bank | Tələb olunan minimum gəlir | Gəlir növü |
1 | Kapital Bank ASC | 100 | Əmək haqqı, |
2-3 | Expressbank ASC/Smile Card | 155 | Əmək haqqı, |
2-3 | Bank BTB ASC | 155 | Əmək haqqı, |
4 | Azərbaycan Sənaye Bankı ASC | 250 | Əmək haqqı |
5 | Yapı Kredi Bank Azərbaycan QSC | 300 | Əmək haqqı |
6 | Azər Türk Bank ASC | 350 | Əmək haqqı, |
7-8 | Rabitəbank ASC | 400 | Əmək haqqı, |
7-8 | Bank of Baku ASC | 400 | Əmək haqqı, |
9 | Caspian Development Bank ASC | 450 | Əmək haqqı, |
10-11 | Bank Avrasiya ASC | 500 | Əmək haqqı, |
10-11 | Expressbank ASC/Expresso | 500 | Əmək haqqı, |
12 | Bank Respublika ASC | 600 | Əmək haqqı, |
13 | Unibank KB ASC | 500 | Əmək haqqı, |
14 | DəmirBank ASC | Müştərinin ödəniş imkanlarının və öhdəliklərinin təhlilindən sonra fərdi olaraq müəyyənləşdirilir | Əmək haqqı, |
15 | Azərbaycan Beynəlxalq Bankı ASC | Müştərinin ödəniş imkanlarının və öhdəliklərinin təhlilindən sonra fərdi olaraq müəyyənləşdirilir (Kart yalnız taksit üçün nəzərdə tutulub) | Əmək haqqı |
16 | PAŞA Bank ASC | Müştərinin ödəniş imkanlarının və öhdəliklərinin təhlilindən sonra fərdi olaraq müəyyənləşdirilir |
© BBN.az
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 10 saat sonra
-
-
1 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
5 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 6 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
8 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb




























