“AGBank” 9 ayda 34 milyon manata yaxın gəlir əldə edib
“AGBank” ASC 2019-cu ilin 9 ayı üzrə maliyyə göstəricilərini açıqlayıb.
“Marja” xəbər verir ki, 30 Sentyabr 2019-cu il tarixində “AGBank” 448 milyon 420 min manat cəmi aktivlərə malik olub. Aktivlərin 228 milyon 248 min manatını müştərilərə verilən kreditlər təşkil edib.
2019-cu ilin sonunda Bank 496 milyon 193 min manat cəmi aktivlərə malik idi və aktivlərin 245 milyon 695 min manatını müştərilərə verilən kreditlər təşkil etmişdi.
Cari ilin 9 ayında “AGBank”ın cəmi gəlirləri 33 milyon 628 min manat, cəmi xərcləri isə 35 milyon 890 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən Bankın 6 milyon 261 min manat əməliyyat zərəri yaranıb. Ehtimal olunan kredit itkiləri üçün əvvəlki dövrlərdə yaradılmış ehtiyatın 4 milyon 420 min manatı azad olub və zərər 2 milyon 283 min manata düşüb.
Ötən ilin 9 ayında “AGBank”ın cəmi gəlirləri 37 milyon 163 min manat, cəmi xərcləri 40 milyon 322 min manat, əməliyyat zərəri 3 milyon 159 min manat, xalis zərəri isə 6 milyon 122 min manat təşkil etmişdi.
2018-ci ilin 9 ayı ilə müqayisədə 2019-cu ilin 9 ayında “AGBank”ın zərəri 2,7 dəfə (və ya 63 faiz) azalıb. Ötən il “AGBank” ehtimal olunan kredit itkiləri üzrə (problemli kreditlərə görə) ehtiyat yaradırdı və 9 ayda məqsədlə ehtiyata 2 milyon 801 min maant ayırmışdı. 2019-cu ildə isə problemli kreditlərin azalması ilə ehtiyatlar azad olur və 9 ayda azadolma 4 milyon 420 min manat təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























