Azərbaycan və Özbəkistan yükdaşımalarla bağlı memorandum imzalayıb
“Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və ”Özbəkistan Dəmir Yolları” ASC arasında üçtərəfli görüş keçirilib.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan və Özbəkistan ərazisindən əlavə həcmdə tranzit və idxal-ixrac daşımalarının cəlbində maraqlı olduqlarını ifadə ediblər. Aparılan müzakirələrin nəticəsində tərəflər arasında üçtərəfli memorandum imzalanıb.
Hər iki ölkənin nümayəndələri həm Avropa, həm də Orta Asiya və Əfqanıstan istiqamətində yükdaşımaların həyata keçirilməsində özlərinin mövcud nəqliyyat infrastrukturundan yararlanmağın vacibliyini diqqətə çatdırıblar. “Özbəkistan Dəmir Yolları” ASC qeyd olunan dəhlizin məhsul idxalı və ixracı üçün geniş imkanlar açacağını vurğulayıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev bu istiqamətdə daşınan yüklər üçün Gəmiçiliyin su nəqliyyatı vasitələrini ayırmağa hazır olduğunu bildirib. “Azərbaycan Dəmir Yollar” QSC isə öz növbəsində hər iki istiqamətdə daşımalar üçün optimal şərait yaradacağını öhdəsinə götürüb. Sənədə görə, tərəflər marşrut üzrə daşınacaq potensial yükləri də müəyyənləşdiriblər.
Tərəflər marşrutun inkişafını təmin etmək üçün daimi fəaliyyət göstərən işçi qrupu yaradacaqlar. Qrupun əsas vəzifəsi yük bazarını hərtərəfli araşdırmaq, daşınma texnologiyasını öyrənmək, marketinq strategiyası hazırlayıb reallaşdırmaq, alternativ marşrutlar və nəqliyyat vasitələri ilə bazara rəqabətədavamlı logistik məhsul çıxarmaqdan ibarətdir.
Logistik məhsulun təşviqi məqsədi ilə isə “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Özbəkistan Dəmir Yolları” ASC, həmçinin bu ölkənin aparıcı idxalçıları və ixracatçılarının iştirakı ilə aprelin 26-27-də Daşkənddə tədbir keçirilməsi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 8 saat əvvəl
- 11 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
14 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
14 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
14 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
14 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib


























