Naxçıvan iqtisadiyyatı 1,4 faiz artıb
Muxtar respublikada 2019-cu ilin yanvar-avqust aylarında 1 milyard 803 milyon 670 min 400 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətinin məlumatına görə, bu, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz artaraq 3945 manat olmuşdur.
Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 742 milyon 932 min 800 manat dəyərində məhsul istehsal edilmişdir ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çoxdur.
Vəsait qoyuluşları çərçivəsində 2019-cu ilin yanvar-avqust aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 654 milyon 443 min 600 manat vəsait yönəldilmişdir. Bu da bir il öncəki göstəricidən 1,3 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 631 milyon 634 min 500 manatı və ya 96,5 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.
Bəhs olunan dövrdə 309 milyon 144 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə ət istehsalı 14518,9 ton, süd istehsalı 68143,1 ton olmuşdur. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,9 faiz, süd istehsalı isə 1,5 faiz artmışdır.
2019-cu ilin yanvar-avqust aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 35 milyon 522 min manat olmuşdur ki, bu da 2018-ci ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 3,2 faiz çoxdur. Bu dövr ərzində mobil rabitə xidmətinin dəyəri 28 milyon 898 min 100 manat təşkil etmiş və bir il öncəyə nisbətdə 2,1 faiz artmışdır.
Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmış, 2019-cu ilin yanvar-avqust aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 77 milyon 641 min 400 manat məbləğində kreditlər verilmişdir ki, bu da bir il öncəki göstəricidən 2,2 dəfə çoxdur. Verilmiş kreditlərin 9 milyon 781 min 800 manatı və yaxud 12,6 faizi qısamüddətli, 67 milyon 859 min 600 manatı və yaxud 87,4 faizi uzunmüddətli kreditlər olmuşdur.
Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 383 növdə məhsul istehsal olunur. Bunun da 126 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.
1 sentyabr 2019-cu il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 82781-ə çatmışdır ki, bunun da 73167-si və ya 88,4 faizi aktiv hesablardır. 2019-cu ilin yanvar-avqust aylarında açılmış 18163 bank hesabının 17995-i aktiv hesablar olmuşdur.
Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 sentyabr 2019-cu il tarixə 1276-ya çatmışdır.
2019-cu ilin yanvar-avqust aylarında 325 milyon 495 min ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınmışdır. İxracın dəyəri 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə artaraq 285 milyon 764 min 900 ABŞ dolları təşkil etmiş, 246 milyon 34 min 800 ABŞ dolları dəyərində müsbət saldo yaranmışdır.
2019-cu ilin yanvar-iyul aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 454,5 manat təşkil etmişdir ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz çoxdur.
1 avqust 2019-cu il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 3359 nəfər artaraq 457 min 972 nəfər olmuşdur.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 22 saat sonra
-
-
18 d. əvvəl
"İqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik"
- 21 d. əvvəl
- 29 d. əvvəl
-
53 d. əvvəl
Neft Emalı Zavodunda baş vermiş yanğın hadisəsi ilə bağlı rəsmi məlumat
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dollarla 8% gəlir: Unibank-ın yeni istiqrazlarının detalları açıqlandı
-
1 saat əvvəl
Kapital Bank-dan böyük istiqraz emissiyası: investorlara aylıq faiz ödənişi ediləcək
-
2 saat əvvəl
Azərbaycan daha çox pul ödəyib, amma daha az gübrə idxal edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"İqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik"
"Rabitəbank" 10 milyon dollarlıq saziş imzalayıb
Ən çox oxunanlar
Kapital Bank-dan böyük istiqraz emissiyası: investorlara aylıq faiz ödənişi ediləcək
Azərbaycan daha çox pul ödəyib, amma daha az gübrə idxal edib
Azərbaycan siqaret idxalı artıb - 5 ayda 52 milyon dolları keçib
Rəsmi məzənnələr açıqlandı
BBC 550 əməkdaşını işdən çıxarır - 500 milyonluq qənaət planı, böyük ixtisar dalğası
İlk 5 ayda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 16,6% artaraq 1,5 milyard dolları təşkil edib
Bu gün PAŞA Bank-ın səhmlərinin yerləşdirilməsinə başlanılır























