PAŞA Bank 10-cu dəfə SIBOS Beynəlxalq Bank Forumunda iştirak edir
Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank, bu gün işinə başlayan SIBOS 2019 41-ci Beynəlxalq Bankçılıq Forumu və Maliyyə Sənayesi sərgisində iştirak edir.
Bu barədə "Marja"ya Bankdan bildirilib.
Hər il dünyanın ən böyük maliyyə qurumlarını, fintech təşkilatlarını, bank üçün proqram təminatı tərtibatçılarını, maliyyə sənayesi üçün avadanlıq tədarükçülərini, maliyyə sektorunun müstəqil ekspertlərini təmsil edən minlərlə nümayəndələri bir araya toplayan irimiqyaslı bank tədbiri bu il İngiltərənin London şəhərində keçirilir.
Bankın məlumatında qeyd edilib ki, SIBOS 2019 forumunun əsas mövzusu "Sıx-bağlantılı dünyada tərəqqi (Thriving in a hyper-connected world)" olacaq. Mövzu çərçivəsində mütəxəssislər rəqəmsal texnologiyaların istifadəsinə və məlumatların toplanmasına və təhlilinə əsaslanan işgüzar münasibətlərə kütləvi keçiddən qaynaqlanan müasir çağırışları və imkanları müzakirə edəcəklər. Ayrıca, Forumun mövzuya əsaslanan sessiyalarında 9000-dən çox maliyyə ekspertlərinin diqqəti bank əməliyyatları və ödənişləri üçün açıq ekosistemin yaradılması, müasir texnologiyanın tətbiqi və bazar nəzarəti arasında tarazlığın tapılması, müasir bankçılıqda kiber təhlükəsizliyi, ödəniş sistemlərinin transformasiyası kimi geniş spektrdə aktual problemlərin və qlobal maliyyə sənayesinin inkişafındakı müasir tendensiyaların müzakirəsinə yönəldiləcəkdir.
PAŞA Bankın İdarə Heyətinin Sədri Taleh Kazımovun sözlərinə görə, qlobal tərəqqi davamlı təcrübə və məlumat mübadiləsi ilə sıx əlaqədardır, buna görə də Bank son 10 il ərzində SIBOS Beynəlxalq Forumunda fəal iştirak edir.
“2018-ci ildən etibarən PAŞA Bank öz biznesinin rəqəmsal transformasiyasının və gündəlik fəaliyyətində rəqəmsal alətlərin geniş tətbiqinin keçid mərhələsinə başladı. Beləliklə, yaxın keçmişdə Azərbaycan bazarında hesab açmaq, əməkhaqqı kartlarını onlayn sifariş etmək imkanlarını təqdim etdik və müştərilərin ehtiyaclarına uyğun olaraq tamamilə yeni Onlayn Bankçılıq xidmətini hazırladıq. SIBOS kimi irimiqyaslı tədbirlərdə iştirak etmək nəinki dünya maliyyə qurumlarının ən yaxşı rəqəmsal həlləri, ən qabaqcıl təcrübə və praktikaları ilə tanış olmaq, həm də müştərilərimizin ehtiyaclarına uyğun olaraq onları Azərbaycanın bank bazarında tətbiq etmək və rəqəmsal transformasiyanın səbəb olduğu bu dəyişikliklərə müştərilərimizi tədricən hazırlamaq imkanı verir”, - deyə T. Kazımov vurğuladı.
Bu il tədbir 4 gün davam edəcək və sentyabrın 26-da öz işini başa çatdıracaq. Ümumdünya Banklararası Maliyyə Telekommunikasiyası Cəmiyyəti (SWIFT) tərəfindən təşkil edilən SIBOS Forumu və Sərgisi gələn il ABŞ-ın Boston şəhərində keçiriləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
9 saat əvvəl
BOKT illik 18% gəlir təklif edən istiqrazlarına “Ticarətə İcazə” qərarı verildi
-
-
10 saat əvvəl
“Zabrat maşınqayırma zavodu” özəlləşdirildi - QALİB ŞİRKƏTİN ADI VƏ MÜQAVİLƏNİN MƏBLƏĞİ AÇIQLANDI
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin 2025-ci il üzrə dövriyyələri açıqlandı - SİYAHI
- 12 saat əvvəl
-
12 saat əvvəl
“Azərişıq”ın Naxçıvan idarəsinin rəisi və şöbə müdiri vəzifədən azad edilib
-
12 saat əvvəl
ABŞ: Məqsəd Qrenlandiyanı “işğal etməklə deyil, satın alaraq” əldə etməkdir
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin olunub
Bakı Fond Birjasının dövriyyəsi 10 faizdən çox azalıb
Ən çox oxunanlar
Xalq Bankdan depozit seyfi xidməti
Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı
"Ermənistan və Azərbaycan potensial ticarət üçün məhsul siyahılarını mübadilə edir"
Dövlətə məxsus bank və BOKT-ların yenidən təşkilinə və ləğvinə prezident qərar verəcək
Dünyada mis çatışmazlığının daha da dərinləşməsi gözlənilir
Yanvarın 9-da gözlənilən hava şəraiti










.jpg)















