"2019-un sonuna ölkə üzrə qaz hasilatında 20 faiz artım gözləyirik"
2019-cu ilin 2-ci rübündə SOCAR öz imkanları hesabına müstəqil olaraq 1,9 milyon tondan çox neft, 1,7 milyard kubmetrə yaxın qaz hasil edərək, hasilat səviyyəsini əvvəlki ilin müvafiq dövrünə nisbətən sabit saxlamağa nail olmuşdur. Bu barədə SOCAR-ın yaydığı məlumatda deyilir.
Məlumatda bildirilir ki, şirkətin istismar etdiyi neft və qaz yataqlarında hasilat səviyyəsinin sabit qalması üçün həyata keçirilən kompleks tədbirlər planın icrası davam etdirilmiş, istismardan çıxarılmış bir sıra köhnə quyuların fəaliyyəti bərpa olunmuş, yeni quyular qazılmış, ümumilikdə qazma işlərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən artırılmışdır. Cari ilin ikinci rübündə şirkət üzrə 41 min metrdən artıq qazma işi aparılmışdır.
Hesabat dövründə SOCAR tərəfindən, AÇQ üzrə mənfəət nefti də daxil olmaqla 4,9 milyon ton xam neft, 172 milyon kubmetrdən çox təbii qaz, 604 min tondan artıq6 neft və neft kimya məhsulları ixrac edilmişdir. Xam neftin ixracında azalma müşahidə edilsə də, neft və neft kimya məhsullarının ixracında 48 faiz artım qeydə alınmışdır. Bu isə xam neftin və qazın ixracında azalmaya səbəb olan amillərdən birinin də daha çox məhsulun emala yönəlməsi olduğunu göstərir.
II rübdə, Azərbaycanın digər hasilatçı şirkətləri daxil olmaqla, ölkə üzrə ümumilikdə 9 milyon tondan çox neft, 8 milyard kubmetrdən çox qaz hasil edilmişdir. Dövr ərzində ölkədən 2,4 milyard kubmetrdən çox təbii qaz ixrac edilmişdir. Təbii qazın ixracında Cənub Qaz Dəhlizinin işə düşməsi ilə əlaqəlar olan artım ötən ilin müvafiq dövrünə nisbətən təqribən 37 faiz təşkil etmişdir.
SOCAR-ın birinci vitse-prezidenti akademik Xoşbəxt Yusifzadə demişdir: “Dünyanın ən qədim neft sənayesinin beşiyi başında durmuş Azərbaycanda zəngin və peşəkar neftçi ənənələri formalaşmışdır. Lakin digər tərəfdən dünyanın ən qədim və uzun müddət ərzində istismar olunan yataqlarının məhz bizim ölkəmizdə olması qarşımızda çağırışlar yaradır. Bu baxımdan qarşıdakı dövrdə əsas hədəfimiz bütün vasitələrlə köhnələn yataqların ömrünü uzatmaqdır.
Digər tərəfdən yeni yataqlarımızın uğurla işlənilməsi ölkəmizdə qaz hasilatının artırılması və gələcəkdə neft gəlirlərinin müəyyən dərəcədə qaz gəlirləri ilə balanslaşdırılması üçün şərait yaradır. 2019-cu ilin sonuna qədər ölkə üzrə ümumi qaz hasilatında 20 faiz artım gözləyirik. Növbəti illərdə də ölkədə qaz hasilatı yüksələn xətt üzrə inkişaf edəcəkdir. Bu müsbət trend qarşımızda həm də qaz emalı və kimya sənayesinin inkişafı üçün yeni imkanlar açır.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 9 d. əvvəl
- 23 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
-
1 saat əvvəl
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
- 1 saat əvvəl
-
2 saat əvvəl
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb
-
2 saat əvvəl
Avropa LNG bazarında ABŞ dominantlığı: pay 60 faizə yaxınlaşıb
-
2 saat əvvəl
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir - QİYMƏTLƏR
-
2 saat əvvəl
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Sərdar Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi olub
Avropa LNG bazarında ABŞ dominantlığı: pay 60 faizə yaxınlaşıb
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir - QİYMƏTLƏR
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
Rəsmi məzənnələr açıqlandı
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
İranın dondurulmuş aktivləri geri qaytarılır























