Azərbaycan vətəndaşlarının daha çox hansı ölkədən geri qaytarıldığı məlum olub
"Azərbaycan vətəndaşlarının readmissiya sazişləri çərçivəsində geri qaytarılması ilə bağlı müraciətlər daha çox Almaniya ilə bağlı olur".
Bunu jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.
Onun sözlərinə görə, xaricə gedərək pasportlarını, sərhəd keçmə sənədlərini itirən Azərbaycan vətəndaşları adətən readmissiya sazişləri çərçivəsində bir müddətdən sonra həmin dövlətlərin miqrasiya qurumları tərəfindən ölkəyə geri qaytarılırlar: "Bu cür müraciətlər olan ölkələrin statistikasında Almaniya nisbətən ön yerdədir".
V.Hüseynov əlavə edib ki, bu hal dünyanın hər yerində var: "Azərbaycanda isə belə halların sayı qonşu dövlətlərlə müqayisədə azdır. Gürcüstan və Ermənistan əhalisinin say nisbətini nəzərə alsaq, bu ölkələrdə qaçqın statusu almaq üçün digər ölkələrə getmə ilə bağlı müraciətlərin sayı Azərbaycandan 2 və ya 3 dəfə çoxdur".
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
13 d. əvvəl
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
- 22 d. əvvəl
-
-
32 d. əvvəl
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb
-
43 d. əvvəl
Avropa LNG bazarında ABŞ dominantlığı: pay 60 faizə yaxınlaşıb
-
43 d. əvvəl
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir - QİYMƏTLƏR
-
1 saat əvvəl
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
- 2 saat əvvəl
-
3 saat əvvəl
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
Sərdar Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi olub
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir - QİYMƏTLƏR
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
Rəsmi məzənnələr açıqlandı
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
İranın dondurulmuş aktivləri geri qaytarılır
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat



























