Fed sədri: Faiz endirməklə risklərə qarşı sığortalanmaq məqsədi güdülür
ABŞ Mərkəzi Bankının (Fed) sədri Cerom Pauel (Jerome Powell), Federal Açıq Bazar Komitəsinin (FOMC) İyul toplantısının ardından mətbuat konfransında açıqlamalar verib.
"Marja" xəbər verir ki, ABŞ iqtisadiyyatının mülayim artdığını qeyd edən Fed sədri, aşağı istiqamətli risklərdən sığortalanmaq üçün faizin aşağı salındığını deyib: "Faiz endirimi ilə aşağı istiqamətli risklərə qarşı sığortalanmaq məqsədi güdülür".
Pauell, zəif qlobal iqtisadi artım və emalın ABŞ üçün risk təşkil etdiyini deyib.
Həmçinin Pauel, faiz endiriminə, inflyasiyanın hədəfə (2%-ə) irəliləməsini dəstəkləmək üçün gedildiyini vurğulayıb.
ABŞ iqtisadiyyatının son həftələrdə güclü mövqe nümayiş etdirdiyini ifadə edən Fed sədri, problemlərin aşağı istiqamətli risklər və zəif inflyasiya olduğunu bildirib.
Pauell, ticarət qeyri-müəyyənliyi və inflyasiyanın necə inkişaf etdiyinin izlənəcəyini deyib və qlobal zəifliyin, ticarət müharibələrinin ABŞ iqtisadiyyatına təsir etdiyini dilə gətirib.
Xəbər ferdiyimiz kimi, Fed faizi 0,25 faiz bəndi azaldıb və faizlər 2.25-2.50% aralığından 2.00-2.25% aralığına düşüb. Analitiklər də Fedin 0,25 bənd faiz endirəcəyini gözləyirdilər.
Faiz endiriminin sığorta və risk idarəçiliyi tərəflərinin olduğunu ifadə edən Fed sədri, "Biz ticarət siyasətini tənqid etmirik, bu bizim işimiz deyil",- deyib.
"İqtisadiyyatın performansı pul siyasətinin çalışdığını göstərir",- deyən Pauell, sözlərini "Zəif qlobal artımı çox diqqətli bir şəkildə izləyəcəyik", - deyərək davam etdirib.
Pauell bugünkü qərarın yeni faiz endirimi dövrünün başlanğıcı mənasına gəlmədiyini deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 14 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























