Boeing-dən böyük zərər
Dünyanın ən böyük təyyarə istehsalçılarından biri olan Boeing, 737 Max modelinin ard-arda qəza etməsinin ardından ilk maliyyə balansını açıqlayıb.
"Marja" xəbər verir ki, Boeing, ilin ikinci rübündə 2 milyard 940 milyon dollar zərər edib.
NƏ OLMUŞDU?
Efiopiya Hava Yollarına aid Boeing 737 Max 8 tipli sərnişin təyyarəsi, 10 Martda Addis Ababadan Keniyanın paytaxtı Nairobiyə getmək üçün havaya qalxdıqdan qısa müddət sonra düşmüş, təyyarədəki 157 nəfər ölmüşdü.
29 Oktyabr 2018-də, İndoneziyada isə Lion Hava Yollarına aid Boeing 737 MaX 8 model təyyarə Cakartadan Sumatra Adasındakı Pangkal Pinang şəhərinə getmək üçün havaya qalxdıqdan qısa müddət sonra dənizə düşmüşdü. 189 nəfərin öldüyü qəza, bu tip təyyarələrin ilk qəzası kimi tarixə düşmüşdü.
Efiopiyadakı qazanın ardından bir çox ölkə, "Boeing 737 Max" tipli təyyarələr ilə uçuşları müvəqqəti olaraq dayandırmış və hava məkanlarını bu uçuşlara bağlamışdı.
Hər iki qəzaya sensorları arasında informasiya uyğunsuzluğunun və MCAS adı verilən nəzarət sisteminin avtomatik işə düşməsinin səbəb olduğu bildirilmişdi. Boeing, 737 Max təyyarələrinin proqram təminatında yeniləmə edəcəyini açıqlamışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























