“Naxçıvanbank”ın gəlirləri artsa da, xalis mənfəəti azalıb
“Naxçıvanbank” ASC 2019-cu ilin 1-ci yarısını 2 milyon 223 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 103 min manat və ya 4,4% azdır.
GƏLİRLƏRİ VƏ XƏRCLƏRİ ARTIB
"Marja" Bankın rüblük maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-iyun dövründə “Naxçıvanbank”ın cəmi gəlirləri 4 milyon 964 min manat, cəmi xərcləri 2 milyon 138 min manat, əməliyyat mənfəəti 2 milyon 826 min manat təşkil edib. Bank əməliyyat mənfəətinin 602 min manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb və 41 min manat mənfəət vergisi ödəyib.
Qeyd edək ki, “Naxçıvanbank” ASC 2018-ci ilin birinci yarısını 2 milyon 326 min manat xalis mənfəətlə başa vurmuşdu. Ötən ilin yanvar-iyun dövründə “Naxçıvanbank”ın cəmi gəlirləri 4 milyon 806 min manat, cəmi xərcləri 1 milyon 828 min manat, əməliyyat mənfəəti 2 milyon 977 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətinin 651 min manatını ehtiyata ayırmışdı.
AKTİVLƏRİ 200 MİLYON MANATI AŞIB
30 İyun 2019-cu il tarixində “Naxçıvanbank” ASC 215 milyon 763 min manat cəmi aktivlərə, 135 milyon 363 min manat cəmi öhdəliklərə və 80 milyon 400 min manat cəmi kapitala malik olub.
30 İyun 2018-ci il tarixində “Naxçıvanbank” ASC 191 milyon 812 min manat cəmi aktivlərə, 116 milyon 593 min manat cəmi öhdəliklərə və 75 milyon 218 min manat cəmi kapitala malik idi.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
Ötən ilin İyun ayının sonu ilə müqayisədə “Naxçıvanbank”ın müştərilərə verdiyi kreditlər 6 milyon 437 min manat artaraq 75 milyon 550 min manata çatıb.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
26 d. əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
-
- 38 d. əvvəl
- 53 d. əvvəl
-
1 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Rusiyada xiyarın qiyməti ikiqat artıb
Ən çox oxunanlar
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb

























