Xəstəxanaların əməkdaşlarına icbari tibbi sığortanın proqramı öyrədilir
5 iyul 2019-cu il tarixindən etibarən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İnformasiya Texnologiyaları və İnnovasiyalar İdarəsinin əməkdaşları tibb müəssisələrinin tam idarəedilməsini təmin edəcək proqram təminatından istifadə qaydaları üzrə xəstəxanalarda təlim keçirirlər. Təlim “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” ölkə başçısının 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanından irəli gələrək tibb müəssisələrinin elektronlaşdırılması və icbari tibbi sığorta sisteminə keçidini təmin etmək məqsədilə aparılır.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaydığı məlumatda bildirilir ki, bu günədək Bakı şəhəri üzrə 19 xəstəxananın (M.Ə.Əfəndiyev adına 2 nömrəli Şəhər Klinik Xəstəxanası, Zabrat Müalicə-Diaqnostika Mərkəzi, 7, 10, 14, 21, 22, 24, 26, 29 və 31 nömrəli Birləşmiş Şəhər Xəstəxanaları, Neyrocərrahlıq Xəstəxanası, Zirə Müalicə-Diaqnostika Mərkəzi, Tibbi Reabilitasiya Xəstəxanası, 5 nömrəli Klinik Doğum Evi, Uşaq Bərpa Müalicə Mərkəzi, 8 nömrəli Şəhər Xəstəxanası, 3 nömrəli Uşaq Xəstəxanası, 5 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası) tibbi personalı üçün təlim təşkil edilmişdir.
Tibb müəssisələrinin fəaliyyətlərinin elektronlaşdırılması məqsədi daşıyan proqram təminatı vasitəsilə xəstəxanalara müraciət edən vətəndaşların onlayn qeydiyyatı aparılacaq. Burada vətəndaşın müraciət etdiyi şöbələr, pasiyentə xidmət göstərən həkimlər, ona təyin olunan müayinə və müalicələr (ambulator və stasionar) barədə məlumatlar öz əksini tapacaq. Həmçinin proqram təminatı vasitəsilə xəstəxanaya müraciət edən şəxsin sığortalı olub-olmamasını da müəyyən etmək mümkün olacaq. Proqramda qeyd olunan diaqnozlar və laborator xidmətlərin elektron olması isə tibbi ekspertizanın aparılmasına imkan yaradacaq.
Təlim zamanı iştirakçılara proqram təminatından istifadə qaydaları izah edilmiş və hər bir iştirakçıya adına uyğun istifadəçi girişi, şifrəsi təqdim edilmişdir. İştirakçılar şərti olaraq pasiyentin təqdim edəcəyi şəxsiyyət vəsiqəsinin FİN məlumatını istifadə etməklə proqrama məlumatları daxil etmişlər. İştirakçılara istifadəçi təlimatı və proqrama daxil olmaq üçün link təqdim edilmiş, fərdi şəkildə proqrama daxil olaraq növbəti təlimə kimi məşq etmək imkanı yaradılmışdır.
Hazırlanmış plana uyğun olaraq icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək bütün tibb müəssisələrində təlim keçiriləcək.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
26 d. əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
-
- 38 d. əvvəl
- 53 d. əvvəl
-
1 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Rusiyada xiyarın qiyməti ikiqat artıb
Ən çox oxunanlar
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb


























