Məşhur hava yolu şirkəti böyük məbləğdə cərimələnib
Mərkəzi ofisi Böyük Britaniyada yerləşən "British Airways" (BA) hava yolu şirkəti, müştərilərinin şəxsi məlumatlarının qorunması ilə bağlı təhlükəsizlik sistemlərinin ötən il pozulması ilə əlaqdar olaraq 230 milyon dollar cərimələnib.
"British Airways" şirkəti İngilis-İspan tərəfdaşlığı İAG holdinqə (İnternational Airlines Group) məxsusdur. Şirkət, nəzarət qurumu "İnformation Commissioners Office ICO" (Birləşmiş Krallıq Məlumat Komissarlığı Ofisi) tərəfindən tətbiq edilən cəriməni "təəccüblə" qarçıladıqlarını açıqlayıb.
"British Airways", təhlükəsizlik sistemi pozuntusunu internet saytına edilən kiber hücuma ilə əlaqələndirir.
ICO isə "British Airways"in saytına daxil olan sərnişinlərin saxta bir sayta istiqamətləndirildiyini və 500 min müştəriyə aid şəxsi məlumatların hakerlər tərəfindən ələ keçirildiyini açıqlayıb.
ICO, "British Airways"ə verilən cərimənin bu günə qədər verilmiş ən yüksək cərimə olduğunu vurğulayıb.
ICO rəsmisi Elizabet Denham, "İnsanların şəxsi məlumatları özəldir. Bu məlumat sizə təhvil verilibsə onu qoruyub saxlamağınız lazımdır. Bunun üçün lazımi addımlar atılıb atılmadığına nəzarət edirik" deyib.
ICO, təhlükəsizlik pozuntusunun 2018-ci ilin İyun ayında başladığına və şirkətin zəif təhlükəsizlik tədbirləri səbəbi ilə müştərilərin ad, ünvan, bank kartı və səyahət məlumatlarının oğurlandığına inanır. "British Airways" pozuntunu 6 Sentyabr 2018-də öyrənib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























